Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, çərşənbə axşamı İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində Cenin bölgəsində keçirdiyi əməliyyat zamanı 7 fələstinli ölüb, 9 nəfər yaralanıb.

Nazirlik öldürülənlərdən birinin 50 yaşlı doktor Usaid Kamal Cabarin olduğunu açıqlayıbaçıqlayıb. Vətəndaş işə gedərkən İsrail tərəfinin açdığı atəş nəticəsində öldürüldüyü bildirilib. Nazirlikdən verilən məlumata görə, Cabarin 17 ildir ki, Cenin Dövlət Xəstəxanasında cərrahiyyə mütəxəssisi işləyirmiş.
Əl-Kərəmə məktəbinin şagirdi də öldürülüb.
İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı bildirib ki, təhlükəsizlik qüvvələri “Cenində terror fəaliyyətini aradan qaldırmaq” üçün əməliyyata başlayıb və “silahlı zərbələr(terrorçular) aşkar edilib”.
İslami Cihadın hərbi qanadı olan Əl-Qüds briqadaları bazar ertəsi bildirib ki, döyüşçüləri yaraqlıları Cenindəki cəbhələrdə İsrail qüvvələri ilə “şiddətli toqquşmalara giriblər”.
CNN mülki vətəndaşların itkiləri ilə bağlı şərh almaq üçün İDF ilə əlaqə saxlayıb.
İsrailin HƏMAS-a qarşı müharibəsinin başlamasından bəri zorakılıq məskunlaşanların hücumları və fələstinlilərin ölümünə səbəb olan toqquşmalar İordan çayının qərb sahilinə getdikcə daha çox yayılır.
Mənbə: CNN
Tərcümə etdi: Bənövşə Bağırova
