Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib ki, Vladimir Zelenskinin prezdent kimi səlahiyyət müddəti hüquqi cəhətdən bitib.

Konstitusiyaya görə, Zelenskinin səlahiyyət müddəti 2024-cü il mayın 21-nə keçən gecə başa çatıb, çünki o, 2019-cu ilin mart və aprel aylarında keçirilən səsvermədə prezident seçilib.
Azarov qeyd edib ki, Ukrayna konstitusiyasında beş illik prezidentlik müddəti aydın şəkildə göstərilib. "Konstitusiya həm də seçkinin hansı tarixdə keçiriləcəyini açıqlayır, ona görə də Zelenski hansı qərarlar qəbul etməsindən və hansı fərmanlar verməsindən asılı olmayaraq, səlahiyyət müddəti başa çatdıqdan sonra qanundan kənar işləyir".
Azarov qeyd edib ki, Zelenskinin özü də, administrasiyası da Ukraynada prezident seçkilərinin ləğv edilməsi qərarının qanunsuz olduğunu yaxşı bilir. "Onlar həm də başa düşürlər ki, mayın 20-dən sonra o, əvvəlki səsvermədə qalib gələrək əldə etdiyi konstitusiya səlahiyyətlərini formal olaraq itirir. Bununla belə, Zelenski Qərb onu əvəzləmək üçün hərəkətə keçənə qədər postunu tutmağa davam edəcək. Xalqın bu barədə nə düşündüyü heç kəsi maraqlandırmır və seçkinin ləğvi buna bir daha sübutdur”, - deyə sabiq baş nazir bildirib.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova
