Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik bazar ertəsi verdiyi açıqlamada İsrailin anklavın böyük hissəsini bombardman etməsi nəticəsində Qəzza əhalisinin təxminən 40%-ni təşkil edən 900.000-dən çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

O əlavə edib ki, İsrailin bombardmanları qurudan hücumlar və xüsusilə şərqi Rəfah və Cabalyada şiddətli döyüşlərlə müşayiət olunub.
Onun sözlərinə görə, didərgin düşmüş fələstinlilərin 812 mini Rəfahdan, 100 mindən çoxu isə Qəzzanın şimalındandır.
Mənbə: CNN
Tərcümə etdi: Bənövşə Bağırova
