
Yuxu və oyanma dövrümüzü, bədənimizdə hormonların ifrazını və maddələr mübadiləsimizi tənzimləyən bioloji saatımıza “Təxminən bir gün” mənasını verən “Circadian Rithm” deyilir. Təxminən bir gün adlandırılmasından da anlaşıldığı kimi, bu ritm 24 saat ərzində təkrarlanan davranış və fizioloji dövrləri ehtiva edir. Nümunə vermək üçün: Bədən istiliyimizi, yuxu rejimimizi, qida qəbulumuzu və hormonların ifrazını saya bilərik. Bu ritm beynimizdəki hipotalamus adlanan bölgədəki hüceyrələr tərəfindən idarə olunur. Məsələn, yuxu və oyanma dövrünü tənzimləmək üçün gözdəki tor qişanın təsbit etdiyi işıq hipotalamusdakı hüceyrələrə bildirilir və beləliklə sirkadiyalı ritm təmin edilir.
Sirkadiyalı ritm prosesi haqqında daha ətraflı danışmaq: axşamla gün işığı azalır və bu beyindəki nahiyəyə ötürülür. Belə ki, yuxu hormonu olan melatonin ifraz olunmağa başlayır, bədən hərarəti aşağı düşür, daha sonra orqanizm rahatlaşır və yuxuya hazırlaşır. Səhər yuxu mühiti torlu qişalar tərəfindən qəbul edilən və beynin müvafiq bölgəsinə bildirilən günəş işığı ilə işıqlandırılır. İfraz edilən melatoninlə bədən istiliyi yüksəlir və oyanırsınız.
Sirkadiyalı ritm həm bədənimiz, həm də ruh sağlamlığımız üçün böyük əhəmiyyət kəsb etdiyi üçün yüngül qəbul edilməməsi lazım olan bir dövrədir. Daimi sirkadiyalı ritminiz olduqda, daha az stresslə mübarizə aparacaqsınız, sağlam həzm sisteminə sahib olacaqsınız, immunitet sisteminiz daha güclü olacaq, yuxu keyfiyyətiniz yüksələcək, diqqət toplama qabiliyyətiniz və enerjiniz artacaq. Bir sözlə, sağlam həyat sürərək özünüzü yaxşı hiss etməyə imkan verir.
Mənbə: kampustenevar
Tərcümə etdi: Sevil Azər
