
Cəmiyyətdə ən çox rast gəlinən pozğunluqlardan biri olan omba ağrılarına diaqnoz qoymaq çox çətindir. Hər bir xəstəyə ayrıca müalicə üsulu tətbiq edilməlidir. Ağrının azalmasına və ya artmasına səbəb olan faktorlar araşdırılmalıdır. Fiziki müayinədə xəstənin yeriməsi, nevroloji və bitişik oynaqların müayinəsi çox önəmlidir. Lazım olduğu müddətcə ultrasəs, MRT, birbaşa rentgenoqrafiya, tomoqrafiya kimi üsullar tələb edilməlidir.
Omba sümüyü bədənimizdəki ən böyük oynaqlardan biridir. Bununla birgə- insanların dik durmalarına və oturma, ayaq üstə durma, yerimə kimi fəaliyyətləri yerinə yetirmələrinə imkan verir. Bud sümüklərindən ibarət olan bud oynağında müxtəlif səbəblərdən bəzi problemlər yarana bilər.Omba sümüyündə ki xəstəliklər adətən ağrı ilə özünü göstərir. Gəzmə, oturma və ayaq üstə durma, əyilmə kimi hərəkətlər zamanı ağrılar artarsa, istirahət zamanı ağrılar azalarsa, xəstələr bu sahədə mütəxəssis olan ortopedə müraciət etməlidirlər.
Mənbə: bulenterdemli.com
Tərcümə etdi: Səmayə Qədirova
