Beyləqanda şəhidlərin xatirəsinə abidə ucaldılıb

Beyləqanda şəhidlərin xatirəsinə abidə ucaldılıb

Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində şəhidlərin xatirəsinə abidə və bulaq açılıb.

24media.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, torpaqların bütövlüyü uğrunda canından keçən 10 şəhidin xatirəsinə ucaldılan abidə kompleksinin açılışında Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri, Beyləqan və Xocavənd rayon rəhbərliyi, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.  

Tədbirdə çıxış edən şəhid valideynləri övladlarının xatirəsi əbədiləşdirildiyi üçün təşəkkürlərini bildiriblər.