Bu gün:

Triaj nədir


Triaj yalnız fövqəladə hallar, epidemiyalar və müharibə zamanı tətbiq edilən təcrübədir. Bu tətbiqin əsas məqsədi xəstələrə prioritetə görə müdaxilə etmək və həyat itkisini minimuma endirməkdir.


Tibb sahəsində istifadə edilən triaj termini prioritet təyinetmə sistemidir. Bu Sadə Triaj və Sürətli Müalicə deməkdir. 

Məsələn, bir çox yaralı xəstəxanaya gətirilir. Xəstəxanada işçi və avadanlıqların sayı məhdud olduğu üçün ilk növbədə müdaxiləyə ehtiyacı olan yaralılar müəyyən edilməlidir. Bu təyinetmə prosesi triaj kimi müəyyən edilir.

Triaj ilk dəfə I Dünya Müharibəsində geniş miqyasda tətbiq edilmişdir. Bu tətbiqin ən böyük üstünlüklərindən biri də həyat itkisinin qarşısını almasıdır.

Triaj rəngləri, növləri və nümunələri hansılardır?

Bütün dünyada triaj təcrübələrində dörd fərqli rəng istifadə olunur.
 1- Qırmızı:

 Xəstəxanalarda və tibb çadırlarında qırmızı rəngə üstünlük verilir. Təcili müdaxilə tələb edən xəstələr qırmızı rənglə qeyd olunur.

Məsələn: Komada olan yaralı, epileptik tutması olan bir xəstə.

 2- Sarı:

 Sarı həyati təhlükəsi olmayan, lakin təcili yardım tələb edən xəstələr üçün istifadə olunur. Qırmızı ilə qeyd olunan xəstələrdən sonra sarıya keçirik.

 Məsələn: Kəskin qəbizlik

 3- Yaşıl:

 Yaşıl kəsiklər, sıyrıntılar və çatlar kimi kiçik xəsarətləri olan insanlar üçün istifadə olunur.

 Məsələn: Burun qanaması

4- Qara:

 Qara, xəstəxanaya gətirilərkən ölən və ya ölmək üzrə olan insanlar üçün istifadə edilən rəngdir.

Mənbə: milliyyet.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et