Bu gün:

Qadağan olunmuş kitablar və qadağanın səbəbləri


Tarixin müəyyən dövrlərində istər ölkəmizdə, istərsə də dünyada bir çox kitablar ictimai dəyərlərə zidd olduğu üçün qadağan edilib. Qadağan olunmuş bu kitablar nə satıla bilər, nə də təkrar çap edilə bilərdi. Əslində, bəzi kitablar nəinki qadağan edilib, hətta oxucularının həbsə getməsinə səbəb olub.


1) Növlərin mənşəyi - Çarlz Darvin


İngilis bioloq və təbiət tarixçisi Çarlz Darvinin "Növlərin mənşəyi" kitabı təkcə elm tarixini deyil, ədəbiyyatdan fəlsəfəyə qədər bir çox sahələrdə perspektivi dəyişdirəcək güclü bir əsər olması ilə tanınır. Təkamül nəzəriyyəsinin tədrisinin 1967-ci ilə qədər qadağan edildiyi Amerikada bu səbəbdən əsər qadağan edildi. Kitabın qadağan olunduğu ölkələr arasında Yuqoslaviya və Yunanıstan da var. Bütün zamanların ən çox müzakirə edilən və məşhur elmi kitabını hələ də oxumamısınızsa, nəzər salmağı məsləhət görürük.


2)1984-cü il- Corc Oruell


İngilis ədəbiyyatının mühüm yazıçılarından biri olan Corc Oruellin 1984-cü il romanı bu gün 20-ci əsrin ən təsirli romanlarından biri olaraq təyin olunur. Müəllifin gələcəyin dəhşətli mənzərəsini çəkdiyi kitabda zalım hökumətlərin kütlələri manipulyasiya etmək üsulları açıqlanır. O dövrdə hələ ortaya çıxmamış “böyük qardaş” kimi anlayışları əks etdirən 1949-cu il kitabı İngiltərə və Amerikada totalitar hökumətlər və senzura haqqında tutqun xəbərdarlıq olduğu üçün qadağan edildi. İroni o idi ki, kitab nəşr olunduqdan bir il sonra, 1950-ci ildə Sovet İttifaqında qadağan edilmişdi.


3)Don Kixot- Miqual de Servantes


Servantesin 1605-ci ildə yazdığı və bu gün ölməz əsərlərdən biri sayılan "Don Kixot" əsəri cəngavər romanlarına qarşı satiradır. İspan inkvizisiyasının “xeyriyyəni dəyərdən saldığı” səbəbilə qadağan etdiyi kitab yalnız 19-cu əsrdə tam şəkildə yenidən oxucu ilə görüşə bildi.


4)Bülbülü öldürmək- Harper Li


1960-cı ildə nəşr olunduğu zaman böyük təsir bağışlayan Bülbülü öldürmək bir uşaq qəhrəmanın gözü ilə Amerikanın cənubundakı irqçilik və bərabərsizliyin hekayəsindən bəhs edir. Ədalət, bərabərlik və ayrı-seçkilik kimi bu gün də müzakirə edilən anlayışlardan bəhs edən kitab nəşr olunduqdan bir il sonra müəllifə Pulitzer mükafatı qazandırsa da, irqçiliyi ehtiva etdiyi üçün ironik şəkildə qadağan edildi. Qadağaya səbəb kimi söyüşlərin göstərildiyi əsər keçən il Missisipi ştatında bir məktəbin tədris proqramından çıxarılaraq yenidən qadağa ilə gündəmə gəlib.


5)Alisa möcüzələr ölkəsində- Lius Karol


Siyahıdakı ən təəccüblü kitablardan biri şübhəsiz ki, bu gün dünya uşaq klassiklərindən biri hesab edilən “Alisa möcüzələr ölkəsində”dir. Təkcə uşaqlar üçün deyil, böyüklər üçün də tamamilə fərqli bir dünyanın qapısını açan ingilis yazıçının kitabı 1931-ci ildə Çin hökuməti tərəfindən heyvanlara insan xüsusiyyətləri aid edildiyi və bunun insanlara təhqir olduğu səbəbi ilə qadağan edilmişdi. Heyvanların insan dilindən istifadə etməsi və insan kimi davranmasının heyvanlarla insanların eyni səviyyədə olması fikrini yaydığı düşünülürdü.


Mənbə: inkilap


Tərcümə etdi: Sevil Azə

Paylaş
Şərh əlavə et