Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Belqorodda pilotsuz təyyarənin hücumu nəticəsində 11 yaşlı qız yaralanıb.

"Dron çoxmənzilli evin pəncərəsinə dəyib. Evin yaxınlığındakı uşaq meydançasında oynayan on bir yaşlı qız pilotsuz təyyarənin partlaması nəticəsində yerə düşən parçalardan yaralar alıb. O, xəstəxanaya aparılıb". qubernator öz Telegram kanalında yazıb.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova
