Qubernator Vladimir Saldo TASS-a bildirib ki, Ukraynaya məxsus pilotsuz təyyarənin Xerson vilayətinin kəndlərindən birində mikroavtobusa hücumu nəticəsində ümumilikdə 16 mülki şəxs xəsarət alıb.

"Mikroavtobusda ümumilikdə 17 nəfər səyahət edirdi. Onlardan biri həlak olub. Qalanların hamısının yüngül yaraları var. Yaralılara yerində yardım göstərilib. Heç kəs xəstəxanaya göndərilməyib", - qubernator bildirib.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova
