Niger və ABŞ Amerika qoşunlarının Qərbi Afrika ölkəsindən çıxarılması ilə bağlı razılığa gəliblər. Birgə bəyanatda bildirilib: "Proses artıq başlayıb və sentyabrın 15-də başa çatacaq".

Nigerin hakim xuntası keçən ay ABŞ-a 1000-ə yaxın hərbi qulluqçusunu ölkədən çıxarmağı əmr edib. Keçən ilin çevrilişinə qədər Niger Vaşinqtonun Afrikanın Sahel bölgəsində minlərlə insanın ölümünə və milyonlarla insanın didərgin düşməsinə səbəb olan üsyançılara qarşı mübarizəsində əsas tərəfdaş olub.
Nigerin müdafiə nazirliyi ilə ABŞ Müdafiə Nazirliyi arasında 5 günlük komissiyadan sonra əldə olunan razılaşma ABŞ qoşunlarının geri çəkilənə qədər qorunmasına zəmanət verib və amerikalı personalın geri çəkilmə prosesi zamanı ölkəyə giriş və çıxışını asanlaşdırmaq üçün prosedurları müəyyən edib.
"Niger Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi terrorizmlə mübarizədə Nigeriya və Amerika qüvvələrinin ortaq fədakarlıqlarını xatırlayır və Nigeriya silahlı qüvvələrinin qurulmasında göstərilmiş qarşılıqlı səyləri alqışlayır", - onlar birgə bəyanatda bildiriblər.
"Amerika qüvvələrinin Nigerdən çıxarılması heç bir şəkildə Birləşmiş Ştatlar və Niger arasında inkişaf sahəsində münasibətlərin təqibinə təsir göstərmir. Həmçinin, Niger və ABŞ ikitərəfli münasibətlərinin gələcəyini müəyyən etmək üçün davamlı diplomatik əlaqələrə sadiqdirlər."
Nigerin ABŞ qoşunlarının çıxarılmasını istəməsi qərarı martın ortalarında Niameydə yüksək rütbəli ABŞ rəsmilərinin Rusiya qüvvələrinin gözlənilən gəlişi və İranın ölkədə xammal, o cümlədən uran axtarması kimi məsələlərlə bağlı narahatlıqları qaldırdıqdan sonra qəbul edilib.
Bundan sonra Rusiya hərbçiləri Nigerdə ABŞ hərbçilərinin yerləşdiyi hava bazasına daxil olublar.
Mənbə: voanews.com
Tərcümə etdi: Bənövşə Bağırova
