Bu gün:

Sarı jurnalistika nədir?


Oxucunun diqqətini cəlb etmək üçün sensasiyalı və şişirdilmiş başlıqlardan istifadə edilən, ciddi araşdırmalara əsaslanmayan, xəbər mənbəyi göstərilmədən aparılan jurnalistika sarı jurnalistika adlanır.


Sarı jurnalistika termini ilk dəfə New York World və New York Journal qəzetləri arasında tiraj müharibəsi zamanı ortaya çıxdı. İki qəzet arasındakı bu ziddiyyət sensasiyalı, demaqoq, reallıqdan uzaq, dayaz, stolüstü xəbərlərlə dolu jurnalist dilinin yaranmasına səbəb olub.

Niyə “sarı jurnalistika” adlanır?

Savadlılığın çox yüksək olmadığı o dövrdə qəzetlər üçün karikaturalar indikindən qat-qat vacib idi. Karikaturaçılar yazıçı və müxbirlərdən daha böyük auditoriyaya təsir edirdilər. 1895-ci ildə New York World-də Yellow Boy adlı personajın karikaturaları dərc olunmağa başladı. Bir il sonra, 1896-cı ildə New York Journal çoxlu sayda jurnalisti işə götürdü və beləliklə, iki qəzet arasında müharibə rəsmi olaraq başladı. New York Journal-a transfer olunan jurnalistlər arasında sarı oğlanın karikaturaçı rəssamı Riçard Outkalt da olub. O gündən etibarən "Yellow Boy" həm New York Journal, həm də New York World-də dərc olunmağa başladı. Bundan sonra personajın kimə aid olması ilə bağlı mübahisə məhkəməyə aparılıb. Döyüşün görünən səbəbi “Sarı oğlan” olduğu üçün bu jurnalistika növü “sarı jurnalistika” adlandırılmağa başladı.

Erwin Wardman çap mediasında sarı jurnalistika terminini ilk dəfə işlətmişdir. New York Press-in redaktoru Wardman, Sarı Uşağa istinad edərək, bunun sarı uşaq jurnalistikası olduğunu söylədi

Amerika-İspan müharibəsi

İki qəzet arasında tiraj rəqabəti tezliklə Kubada başlayan ABŞ-İspan gərginliyi xəbərlərində öz əksini tapdı. Qəzetlər Kubada ispan hakimiyyətinə qarşı çıxan üsyançılara böyük dəstək verirdilər. The New York Journal Kubanın üsyanında haqlı olduğunu bildirən nəşrlər dərc etməyə başladı. Daha sonra qəzetdə ispanların Kubada vəhşiliklər törətdiyinə dair iddialar yer alıb. Bunun ardınca kubalıların xidmətlərini tərifləyən xəbərlər gəldi. Qısa müddətdən sonra New York Journal-ın bu mövzuda verdiyi xəbərlər də heç bir əsas olmadan New York World-də dərc olundu. 1898-ci ilin fevralında Maine döyüş gəmisi Havana körfəzində olarkən partlayış baş verdi və gəmi batdı. Hər iki qəzet ispanların gəmiyə torpedo ilə hücum etdiyi yalanı ilə böyük kampaniyaya başladılar. Həmin ilin may ayında ABŞ-İspan müharibəsi başladı. İki qəzet tiraj müharibəsində qalib gəlmək üçün xəbərləri sensasiya etməkdə ittiham olunurdu.

Mənbə: olaganustukanitlar.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et