Bu gün:

TikTok ABŞ ilə əlaqəni kəsir


Məşhur sosial media platforması TikTok və onun şirkəti "ByteDance" çərşənbə axşamı Ədliyyə Departamentini Çində yerləşən sahibi ilə əlaqələrini bir il ərzində kəsməsini və ya şirkətdən effektiv şəkildə qadağan edilməsini tələb edən yeni qanuna görə ABŞ-ni məhkəməyə verib.

Vaşinqtonda federal məhkəməyə təqdim edilən iddia prezident Baydenin keçən ay imzaladığı qanunun konstitusiyaya zidd olması ilə bağlıdır. İddia məhkəməni Baş prokuror Merrik Qarlandın tədbiri tətbiq etməsinə mane olmağa çağırır.

Keçən ay Konqres tərəfindən qəbul edilən xarici yardım paketinə platformanın ana şirkəti ByteDance-dən bir il ərzində TikTok-dakı payını satmağı tələb edən müddəa daxil idi. Əgər şirkət bu bir illik müddətə əməl edə bilməsə, TikTok tətbiq mağazalarına və veb-hostinq provayderlərinə girişi itirəcək və ABŞ-da təxminən 170 milyon istifadəçi ilə əlaqəni kəsəcək. 


Mənbə: CBS

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et