Bu gün:

Suitilər nə qədər yaşayır?



Liman suitilərinin əksəriyyəti təxminən 25-35 il yaşayır. Dişi liman suitiləri erkək suitilərdən orta hesabla daha uzun yaşayırlar. Bununla belə, əsirlikdə və vəhşi təbiətdə suitilərin ömrünün təxminləri zooparklarda və akvariumlarda yırtıcıların olmaması səbəbindən çox vaxt fərqlənir.

Liman suitilərinin ömrü ilə bağlı bəzi təxminlər daha aşağıdır, orta hesabla vəhşi təbiətdə 15 il, əsirlikdə isə 20 və ya daha çox ildir. Əsirlikdə olan bəzi liman suitiləri (adətən dişi suitilər, erkək suitilərdən 5-10 il daha çox yaşayırlar) 40 il və ya daha çox yaşamışlar. Avropa akvariumlarındakı boz suitilərin 50 yaşına qədər sağ qalması çox nadir hallarda məlumdur.

Tərcümə: Günay Ələsgərova

Mənbə: 411answers.com

Paylaş
Şərh əlavə et