Bu gün:

Eurovision bu il harda keçirilir?


2024 Avroviziya Mahnı Müsabiqəsi Lorenin Liverpuldakı qələbəsindən sonra İsveçin Malmö şəhərində keçiriləcək. 


Müsabiqə üçüncü dəfədir ki, Malmödə keçiriləcək. Şəhər 1992 və 2013-cü illərdə də Eurovisiona ev sahibliyi edib. 

Malmö ölkənin ən cənub hissəsində yerləşən İsveçin üçüncü ən böyük şəhəridir. Danimarkanın paytaxtı Kopenhagendən Oresund boğazı boyunca yerləşir. İki şəhəri sıx əlaqələri və asan səyahəti təmin edən Oresund körpüsü birləşdirir.

Malmödə təxminən 350.000 nəfər yaşayır. Bura dinamik atmosferə sahib, 170-dən çox müxtəlif millətdən olan sakinin yaşadığı multikultural şəhərdir.


Mənbə: Eurovision World

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et