Bu gün:

Səbahattin Əli niyə öldürüldü?


Türk ədəbiyyatının ən önəmli yazıçı və şairlərindən biridir. Onun milyonlarla tirajla satılan əsərləri böyük diqqəti cəlb etməkdə davam edir. Səbahattin Əli... Səfər zamanı dəyənəklı başına vurularaq öldürülüb. Qatil törətdiyi cinayəti etiraf etsə də, onun izahatları çoxlarını qane etməyib. Onun qətlinin sirri son 75 ildə açılmamışdır.


Səbahəttin Əli 2 aprel 1948-ci ildə Kırklarelidə məhkəmədə haqqında qaldırılan iddialar səbəbilə Bolqarıstana qaçmağa cəhd edərkən ordudan tərxis olunan və ona bələdçilik edən Əli Ərtəkib tərəfindən dəfələrlə başına çubuqla zərbə endirilərək öldürüldü. Onun cəsədi 16 iyun 1948-ci ildə Sazara kəndinin meşə ərazisində çoban tərəfindən tapılıb.


Aradan 75 il keçməsinə baxmayaraq, Səbahəddin Əlinin ölümü ilə bağlı fərziyyələr hələ də davam edir.


Sabahattin Əlinin qətlinin sirrini açmaq üçün CHP millət vəkili Mustafa Adıgözəl məsələni 2021-ci ildə Türkiyə Böyük Millət Məclisinin gündəliyinə çıxarıb. Adıgözəl bunları söylədi:


"Səbahəddin Əli sağlığında mahnıları, türküləri və hekayələri ilə təkcə ölkəmizin mədəni-ədəbi mühitinin deyil, ondan sonrakı nəsillərin də mövzusuna çevrilib. Onun necə öldürüldüyü bu gün də sirr olaraq qalır. Nədir? Polisin kəşfiyyat sənədlərində hansı məlumatlar mövcuddur? Onun cəsədinin meşədə tapılmasından sonra nə baş vermişdir? Onun ilk basdırıldığı yerdən çıxarılıb ekspertizaya aparılarkən cəsəd bilərəkdən yoxa çıxarıldığı doğrudurmu?  Səbahattin Əlini öldürmək əmrini kim və kimlər vermişdir? Bütün bunlara aydınlıq gətirilməlidir”.


Sabahattin Əlinin ölümü ilə bağlı 4 iddia irəli sürülüb. Həmin iddialar bu gün də qüvvədədir.


1- Sabahattin Əli ölmədi. O, özünü ölü kimi göstərərək xaricə qaçıb. Tapılan meyitin başqasına məxsus olduğu bildirilir.


2- Bolqarıstan sərhədini keçmək istəyərkən yaxalanıb. O, Kırklarelinə gətirilərək işgəncə ilə öldürülüb.


3- Sabahattin Əli qaçaqmalçı şəbəkəyə qarşı polislə əməkdaşlıq edirdi. O, sərhəddəki qarşıdurmada dünyasını dəyişib.


4- Əli Ertekin MİT (Milli İstihbarat Təşkilatı) üzvü idi. O, Səbahəddin Əlini milli hisslərlə yox, təşkilatın göstərişi ilə öldürüb.


Mənbə: Haberturk 


Tərcümə etdi: Sevil Azər 


Paylaş
Şərh əlavə et