Bu gün:

Formula 1 nədir?


Formula 1 400 milyondan çox televiziya izləyicisi ilə dünyanın ən populyar idman növlərindən biridir. 

Keçmişdə dünya çempionatları seriyası ilə yanaşı, bir çox qeyri-çempionluq F1 yarışları keçirilib. Lakin bu yarışların keçirilməsinin dəyəri kifayət qədər baha olduğundan 1983-cü ildən sonra belə yarışlar dayandırıldı. Zəngin tarixi ilə tanınan Formula 1 ilk rəsmi yarışdan sonra həm trasda, həm də trasdan kənarda bir çox dəyişikliklərə məruz qalıb. Bu dəyişikliklər Formula 1-i indiki həyəcanverici tamaşaya çevirdi.

Formula 1-də texnologiya

Formula 1 yarışlarını daha həyəcanlı edən və kiçik komandalara böyük adlarla yarışmaq şansı verən onların unikal texnologiyalarıdır. Formula 1 komandaları pilotlar, mexaniklər, mühəndislər və konstruktorlar da daxil olmaqla 600 nəfərdən ibarət ola bilər. Yarışda qalib gəlmək üçün yaradılmış hərtərəfli Formula 1 komandaları sayəsində innovativ texnologiyalar tətbiq edilir və müasir yarış avtomobili bir mühəndislik möcüzəsi kimi trasda öz yerini tutur.

Mənbə: macfit.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et