Bu gün:

Steve McCurry kimdir?


21 fevral 1950-ci ildə ABŞ-ın Philadelfiya şəhərində anadan olub. Fotojurnalistika və redaktə ilə məşğul idi. 1984-cü ildə onu məşhur edən və National Geographic jurnalında yayımlanan “afghan girl (əfqan qız)” şəklini çəkdi. Dünyaca məşhur Magnum Photos Fotoqrafiya şirkətinin üzvüdür. Steve McCurry şəkillərinə görə bir çox mükafata layiq görülmüşdür. Dünya Fotojurnalistika yarışmasında iki dəfə birinci yeri tutdu .

Pensilvaniya Dövlət Universitetini bitirib. Film və  istehsalı üzrə təhsil almağı planlaşdıraraq 1974-cü ildə ifaçılıq sənəti ixtisası üzrə məzun oldu. Oxuduğu universitet qəzeti üçün fotoqrafiya ilə məşğul olarkən fotoqraflığa olan marağını kəşf etdi. Məzun olduqdan sonra iki il jurnalist olaraq çalışdı. İki ilin sonunda sərbəst iş üçün Hindistana getdi. Daha sonra Pakistan sərhədini keçdi və üsyançıların nəzarətində olan ərazidə fotoşəkillər çəkdi. Bu fotoşəkillər daha sonra Nyu-York Times, TİME və Paris Match qəzetlərində yayımlandı. Steve McCurry bu döyüş bölgəsinin şəkillərini çəkməklə yanaşı, İran-İraq müharibəsini, Livan vətəndaş müharibəsini, Kamboca vətəndaş müharibəsini, filippinlərdəki İslam üsyanını, Körfəz müharibəsini və Əfqanıstandakı vətəndaş müharibəsini sənədləşdirdi. Bir çox jurnal və qəzet üçün vizual material təqdim edən Steve McCurry, National Geographic jurnalında tez-tez çıxış edirdi. 1986-cı ildə Magnum Photos şirkətinin üzvü oldu.


 

Şəkillərində Steve McCurry şəhəri, ətrafı, müharibənin yaratdığı dağıntıları fotoşəkil çəkməyi deyil, müharibənin insanlara təsirini sağ qalanların üzündən əks etdirməyi üstün tutdu. Müharibənin episentrində olan insanların həyatının ən yaxşı anlarını çəkməyə çalışdı, üzləri ilə başa düşülə bildi və bacardı. Denis Delestrakın “The face of the human condition”televiziya sənədli filmində rəsmi  çəkilib.

"Əfqan qızı" şəkli: Bu, Steve McCurry-nin bütün dünyanın diqqətini çəkən şəklidir. O, bu məşhur fotoşəkili Pakistanda yerləşən qaçqın düşərgəsində çəkib. Fotoşəkildə on iki yaşında yetim bir qız göstərilir. National Geographic tərəfindən "ən tanınan fotoşəkil" olaraq seçildi və 1985-ci ilin iyun ayının örtüyü olaraq istifadə edildi. Vurulmuş qızın kim olduğu, on yeddi il bilinmədi.  Steve McCurry və National Geographic komandası, on yeddi illik yoxluqdan sonra 2002-ci ildə qızı araşdırıb- tapdılar. Steve McCurry, illər keçməsinə baxmayaraq,  hələ də təəccüblü baxışlarında dayandığını bildirdi.

Mənbə: bilgiustam

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et