Bu gün:

Tarixin ilk uzun məsafəli qadın sərnişini Bertha Benz


Dünyanın ilk ən uzun avtomobil səyahəti ilə "Mercedes-Benz"in yaranmasına şərait yaradan Bertha Benzi tanıyaq.

1849-cu ildə anadan olan Bertha Benz qadınların təhsilinin vacib sayılmadığı bir dövrdə qadınlara edilən təzyiqlərə baxmayaraq, texniki fənlərlə maraqlanmağa başladı. Bu maraq ona ilk benzinlə işləyən avtomobildə ilk uzun məsafə səyahətinə çıxmağa və "Mercedes-Benz"in yaranmasına səbəb oldu. O zaman Berta mexanika mühəndisi Karl Benz ilə tanış oldu və Benzin atsız araba hazırlamaq planları onun diqqətini çəkməyə başladı. Berta atasının istəyinin əksinə olaraq Karl Benslə evləndi. Evləndikdən sonra illərlə atsız arabadan istifadə ideyası üzərində çalışan cütlük 29 yanvar 1886-cı ildə Karl tərəfindən istehsal edilən motorlu avtomobilin patentini aldı. Beləliklə, Karl Benz benzinlə işləyən avtomobilin ixtiraçısı oldu.

Benzinli avtomobil diqqəti cəlb etmədiyi üçün Berta ərinin xəbəri olmadan Benz mühərrikli avtomobillə oğulları Riçard və Eugeni də götürərək Almaniyanın Mannheim şəhərindən Pforzheimə yola düşdü. Yollar yalnız at arabaları üçün uyğun olduğundan Berta tıxanmış klapanlar, kabellər, yanacaq çatışmazlığı kimi problemləri həll etdi. Qorxmaz, Berta səyahətdə hər çətinliyin öhdəsindən gəldi. Nəhayət təyinat yerinə çatan Berta tarixdə ilk uzun məsafəli avtomobil səyahətini etmiş oldu. Bertha Benzin 10 litr liqroin aldığı Wiesloch aptek dünyanın ilk yanacaqdoldurma məntəqəsi hesab olunur. 

19-cu əsrdə, daşımaların at və faytonla edildiyi inqilabi səyahəti ilə tarix yazan Bertha Benz ərinə olan inamı və motorlu nəqliyyat vasitələrinə olan marağı ilə "Mercedes-Benz"in əsasını qoymuş oldu.

Mənbə: pazarlamasyon

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et