Bu gün:

Günəş fəaliyyətləri texnoloji cihazlara necə təsir edir?


Günəş fəaliyyətləri texnoloji cihazlara necə təsir edir?

Yerin maqnit sahəsi Günəşdən gələn elektrik yüklü hissəcikləri yönləndirərək Yeri qoruyur. Bununla belə, günəş alovları və tac kütlələrinin atılması kimi güclü hadisələrin texnoloji cihazları zədələməsi hələ də mümkündür.

Günəşin maqnit qütblərinin hər 11 ildən bir tərsinə çevrilməsi hadisəsinə “Günəş dövrü” deyilir.  Günəş artıq on bir illik fəaliyyət dövrünün sonuna yaxınlaşır.  Günəşin şimal və cənub qütblərinin altı ay ərzində yerlərini dəyişəcəyi təxmin edilir. Günəş fəaliyyətinin artması gözlənilən bu dövrdə texnoloji cihazlar adi dövrlərə nisbətən daha çox risk altında olacaq.

Günəş aktivliyinin artması nəticəsində yaranan güclü günəş küləkləri GPS və telekommunikasiya peyklərini asanlıqla sıradan çıxara bilər. Yüklənmiş hissəciklər elektronikaya zərər verə bilər və astronavtları qəbul edən istənilən kosmik gəmidə həyati təminat sistemlərini sıradan çıxara bilər.  Günəş fəaliyyəti astronavtların sağlamlığını təhdid edə biləcək güclü miqdarda radiasiya yarada bilər.
Günəş fəaliyyəti nəticəsində Yerin maqnit sahəsindəki dəyişikliklər geomaqnit qasırğalarına səbəb ola bilər.  Bu fırtınalar günəş aktivliyinin maksimuma çatdığı dövrlərdə (günəş maksimum dövrləri) daha tez-tez müşahidə oluna bilər.  Məsələn, 1989-cu ildə günəş dövrü günəş maksimumuna çatmazdan əvvəl şiddətli geomaqnit qasırğaları Kanadanın Hidro-Kvebek enerji şəbəkəsinin transformatorunu partlatdı və 9 saatlıq elektrik kəsilməsi 6 milyondan çox insana təsir etdi.  2015-ci ilin noyabrında İsveçdə günəş partlayışları nəticəsində yaranan radar nasazlığı bir çox uçuşların ləğvinə və elektron cihazlara və GPS peyklərinə ziyan vurmasına səbəb oldu.

İndiyə qədər qeydə alınan ən böyük geomaqnit qasırğası 2 sentyabr 1859-cu ildə baş verib. Carrinqton hadisəsi adlanan bu hadisə zamanı, pərdələri olan gəmilər dənizdə yolunu itirdi, bəzi teleqraf naqilləri alovlandı və Karib dənizi və Meksika kimi aşağı enlik bölgələrində qütb işıqları görünüb.

Tərcümə etdi: Günay Ələsgərova


Mənbə: bilimgenc.tubitak.gov.tr

Paylaş
Şərh əlavə et