Bu gün:

Komediyaçı, pianist, dirijor Viktor Borge




Viktor Borge 3 yanvar 1909-cu ildə Kopenhagendə anadan olub; 23 dekabr 2000-ci ildə isə vəfat edib. Bütün dünyanın böyük pianoçu kimi tanıdığı eyni zamanda oturaq komediya ustası Viktor Borge iki işin misilsiz vəhdətini yarada bilib. Melodiya və şənliyin məstedici qarışığı onu XX əsrin böyük bir hissəsində canlı əfsanəyə çevirdi. Onun bütövlükdə bəşəriyyətin, xüsusən də musiqiçilərin iddialarını sındırmaq bacarığı istər dirijorlar, istərsə də möhtəşəm konsert pianoçuları olsun peşəkar debütündən yetmiş il sonra belə azalmır. 

Borge 1953-cü ildə başlayan "Musiqidə Komediya" əsərinin Brodveydə 849 tamaşası ilə teatr tarixində ən uzun müddət davam edən bir nəfərlik tamaşaya görə Ginnesin Rekordlar Kitabına düşüb. The Washington Postda tərəfindən Viktor Borge dünyanın ən gülməli pianoçusu elan edilib. Borge pianoda ifa etməmək üçün bəhanələr axtarmağı işin bir parçasına çevirdi- skamyadan düşmək, xəyali milçəkləri çırpmaq, gec gələn tamaşaçıya töhmət vermək üçün ifanı dayandırmaq, lətifə danışmağa başlamaq kimi hərəkətlər şounun bir parçasıdır.  


Viktor cəmi üç yaşında ikən fortepianoda ifa etməyə başlayıb. O, ətrafı tərəfindən vunderkind kimi qiymətləndirilirdi. Danimarka Kral Musiqi Konservatoriyasına xüsusi təqaüdlə qəbul olur və 10 yaşında Kopenhagen Filarmoniyasında solist kimi orkestrdə fəaliyyətə başlayır. İctimai resitallarda o, ciddi musiqiçi, məktəbdə, klublarda, ailə məclislərində isə yumorist idi. Onun inanılmaz zəkası musiqi qabiliyyəti ilə birləşərək  tez bir zamanda özünü unikal bir sənətkar kimi təsdiqləməsinə şərait yaratdı.

Nasistlərin hakimiyyətə gəlməsi ilə Borge Hitler və Nasist partiyası haqqında düşüncələri səbəbindən qara siyahıya salındı. O, 1940-cı ildə İkinci Dünya Müharibəsi başlamazdan əvvəl Şimali Avropanı tərk edən sonuncu Amerika sərnişin gəmisi olan SS American Legion ilə Finlandiyadan qaçır. ABŞ-a gələndə Borge ingilis dilini bilmirdi. O bu dili kinoteatrlarda 40 sentə bir filmi 3 dəfə izləyərək öyrənib. Filmin üçüncü nümayişində eşitdiyi hər bir sözü tələffüs etməyə çalışırdı.

1963-cü ildə o, Holokost zamanı öz həyatlarını riskə ataraq minlərlə insanı xilas edən skandinaviyalıların qəhrəmanlıqlarına görə minnətdarlıq əlaməti olaraq Skandinaviyaya təşəkkürlər təqaüd fondunun yaradılmasına kömək edib. Çoxmilyonluq fond artıq Skandinaviya ölkələrindən ABŞ-a təhsil və tədqiqat üçün mindən çox tələbə və alimin gəlməsinə yardım göstərib.

Həyatının son illərində o, ağır səhnə və televiziya fəaliyyətinə opera və simfonik dirijorluğu da əlavə edib. Milli Simfoniya, Nyu-York Filarmoniyası, London, Filadelfiya, Boston, Klivlend, Çikaqo, Pittsburq, Los-Anceles, Detroit və Kral Kopenhagen orkestrləri onun rəhbərliyi altında idi. Viktor Borge beş Skandinaviya ölkəsində cəngavər rütbəsi və həm ABŞ Konqresi, həm də Birləşmiş Millətlər Təşkilatı tərəfindən müxtəlif mükafatlar alıb.

Mənbə: The Kennedy Center


Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et