Bu gün:

Əjdaha səsi, qalmaqallı ölümü ilə qarşınızda Vitni Hyuston


"I have nothing" mahnısı ilə qulaqlarımızın pasını atan, "I will always love you" hiti ilə dünya şöhrəti qazanan "səs" ləqəbli məşhur akapella ustası, aktrisa, müğənni, model Vitni Hyustondan danışırıq.



Vitni Elizabet Hyuston (9 avqust 1963-cü ildə anadan olub) Amerikalı pop müğənni, aktrisası və keçmiş modelidir. Hyuston Ginnesin Rekordlar Kitabına görə bütün zamanların ən çox mükafatlandırılan qadın sənətçisidir. Onun mükafat siyahısına 2 Emmy, 6 Grammy, 16 Billboard Musiqi Mükafatı, 22 Amerika Musiqi Mükafatı daxildir. Hyuston həm də dünya üzrə 170 milyondan çox albom satışına görə dünyanın ən çox dinlənən musiqiçilərindəndir.

Ana Cissy Houston, Dionne Varvik və Dee Dee Varvik, xaç anası Aretha Franklin də daxil olmaqla ailəsindəki bir neçə tanınmış müğənnidən ilhamlanaraq Hyuston 11 yaşında Nyu Cersi kilsəsinin kiçik İncil xorunda oxumağa başladı. Nyu-York şəhəri ərazisindəki gecə klublarında anası ilə birlikdə çıxış edərkən Clive Davis tərəfindən kəşf edilir.

Hyustonun 1985-ci ildəki debüt albomu buraxıldığı anda etibarən bu günə qədər ən çox satılan qadın müğənni albomu oldu. Onun ikinci studiya albomu "Vitni" (1987), Billboard 200 albom cədvəlinə əsasən növbəti dəfə ən çox satılan albom odlu.

Hyustonun aktrisa kimi ilk fəaliyyəti "The Bodyguard" (1992) bədii filmində olub. Filmin saundtreki ilin albomu nominasiyasında 1994-cü ilin Grammy Mükafatını qazanıb. Onun "Will always live you" mahnısı indiyə kimi dünya çapında ən çox bilinən mahnılardandır. Hyuston filmlərdə rol almağa və saundtreklər səsləndirməyə davam edir, o cümlədən "Nəfəs almağı gözləyir" (1995) və "Natiqin arvadı" (1996) filmlərində də rol alıb.

Mediada şəxsi və peşəkar münasibətlərinin geniş işıqlandırılması fonunda Hyuston 2006-cı ildə müğənni Bobbi Braun ilə 14 illik evliliyinə son qoyur.

Vitni Hyuston 2012-ci ilin fevralında 48 yaşında Beverli Hills otelində vanna otağında boğulmuş şəkildə tapılır. Ölümü kokain istifadəsi səbəbindən təsadüfi boğulma kimi qiymətləndirilir.

Mənbə: encyclopedia.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et