Bu gün:

İlk novator afro-amerikalı şair Lanqston Huges


Poeziyadakı özünəməxsus üslubu ilə xüsusi oxucu kütləsi formalaşdıran, məhdud insan qrupuna müraciət etməkdən imtina edən ilk afro-amerikalı şair Lanquston Hugesdən danışırıq.


Ceyms Merser Lenqston Hughes 1 fevral 1901-ci ildə Missuri ştatının Coplin şəhərində anadan olub. 2018-ci ildənki araşdırmalar aəsasən məlum olub ki, o, söylənilən tarixdən bir il əvvəl doğulub. taryeni araşdırmalar onun bir il əvvəl doğulub. Valideynləri James Nathaniel Hughes və Carrie Langston Hughes o hələ balaca uşaq ikən boşanıb. Sonralar anası ilə Linkolna köçək Hughes şeir yazmağa da burda başlayır. 


Orta məktəbi bitirdikdən sonra aşpaz köməkçisi, yuyucu sürücü kimi müxtəlif işlərdə işləyib. O, həmçinin dənizçi kimi Afrika və Avropaya səyahət edib. 1924-cü ilin noyabrında Vaşinqtona köçən Hughesin ilk şeir kitabı olan The Weary Blues (Knopf, 1926) 1926-cı ildə Alfred A. Knopf tərəfindən Harlem Renaissance incəsənət hamisi Karl Van Vechten tərəfindən nəşr olundu. O dövrdə bu kitaba qarşı fərqli yanaşmalar var idi. Tənqidçilərin bəziləri poeziyaya yeni nəfəs gəldiyini düşünür, digər bir qismi Hughesin yaradıcılığını tamamilə rədd edirdi. 1930-cu ildə onun ilk romanı olan " Gülüşsüz deyil" ona ədəbiyyat üzrə Harmon qızıl medalını qazandırır. 


Hughes, xüsusilə 1920-1960-cı illərdəki yaradıcılığında Amerikadakı qaradərililərin həyatını təsvir edirdi. O, romanlar, qısa hekayələr pyeslər və şeirlər yazır, eyni zamanda cazın üzərində buraxdığı romantik təsirdən ilhamlanıb afro-amerikalıları müdafiəyə qalxırdı. Klod Makkay, Jean Toomer və Countee Cullen kimi dövrün digər görkəmli afro-amerikalı şairlərindən fərqli olaraq, Hughes öz yaradıcılığında beynəlxalq idi. O, xalqının əzabları ilə yanaşı, musiqiyə, gülüşə və dilə olan sevgisinin duyulduğu əsl mədəniyyət nümunəsi olan hekayələrini insanlar ilə bölüşmək istəyirdi. 


Həyatının sonuna qədər yaradıcılığında yumoru kənara qoymadı. Sözünü kəskin və axı gülüş yaradan cümlələr ilə ifadə edən şair XX əsrdə poeziyaya azalan marağı öz ezoterik şeirləri ilə gücləndirdi. 22 may 1967-ci ildə Nyu-Yorkda vəfat edən yazəçı özündən sonra böyük bir poetik küliyyatdan əlavə on bir pyes və saysız-hesabsız nəsr əsərlərini miras qoydub.


Mənbə: poet.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et