Bu gün:

Frank Owen Gehry kimdir?


Frank Owen Gehry, əsl adı Efraim Goldberg. Amerikanın ulduzu, ən məşhur və ən vacib olan memarlardan biri olan Gehry həm də podratçı və dizaynerdir. 28 fevral 1929-cu ildə Ontario əyalətinin paytaxtı Torontoda anadan olub.



Frank Gehry memarlığın dizayn və ya sənətlə birləşməsinin bariz nümunəsidir. 1945-ci ildən bəri hələ də memarlıqda daha fəaldır.

Gənc yaşlarında atasının aparat mağazasından mallardan xəyali evlər tikirdi. Ənənəvi materiallardan kənara çıxan tikinti materiallarına olan bu maraq, o dövrlərdən bəri memarlıq kimliyini xarakterizə etməyə başladı.


1949-1951-ci illərdə  Cənubi Kaliforniya Universitetinin Memarlıq Məktəbində oxuyub. Məktəbdə olduğu müddətdə antisemitizmi (yəhudi millətinə, mədəniyyətinə və dininə qarşı düşmənçilik, qərəz və ya ayrıseçkilik) cilovlamaq üçün Goldberg soyadını Gehry olaraq dəyişdirdi. 1956-cı ildə Harvard dizayn İnstitutuna daxil olmaq üçün Massachusettsə köçdü, sonra təxminən 1 il sonra Harvarddan ayrıldı və Kaliforniyaya qayıtdı. Bir neçə universitetdə müəllim işləmişdir.

1962-ci ildə nəhayət Frank O. Gehry & Associates adlı bir şirkət qurdu və beləliklə 1979-cu ildə şirkətinin adını Gehry & Krueger Inc olaraq dəyişdirərək memarlıq işinə başladı. Başlanğıcda dizaynlar yaratmaq əvəzinə orijinal və funksional heykəllər yaratdı. Geniş miqyaslı ictimai binalarda klassik memarlıq mövzularını çəkərək heykəltəraşlıq povesti ilə uğur qazandı. Digər tərəfdən, son layihələrində kəskin əyri formaları və dekonstruktivist xətti birləşdirən görkəmli əsərlər yaratdı. 1970-ci illərdən bəri postmodern memarlıq cərəyanı olan deskonstruksiyanın öncüllərindən biridir.

Dekonstrutivizm nədir?

Bu, strukturu təşkil edən memarlıq elementlərinin parçalanması, kəsilməsi və dəyişdirilməsi kimi üsullarla formalaşan memarlıq üslubudur.

Frank Gehrynin Gəncliyi

Memarlıqdan əlavə mebel dizaynı ilə də məşğul idi. Enli taxta zolaqlarını bükərək və “Easy Edges”karton Mebel xəttini işə salmaqla yaradılan stullar sayəsində adından bəhs etdirməyə başladı. 1969-1973-cü illər arasında büzməli karton təbəqələrdən hazırlanan asan Edges məhsullarının satışından qazandığı pulla ailəsi üçün Santa Monicada bir ev dizayn etdi. Zəncirli qılıncoynatma, büzməli polad və əyri şüşə kublar kimi qeyri-adi materiallardan istifadə edərək hazırlanmış bu yenilikçi dizayn memarlıq dünyasının diqqətini çəkdi. “Mən binaları insanlaşdırmaq istəyirəm.”Onun sözlərindən də başa düşə bilərik ki, o, ənənəvi dizaynerdən kənara çıxan bir dizaynerdir.

1980-ci illərdə Cənubi Kaliforniyada mütəmadi olaraq evlər dizayn etməyə başladı. 1989-cu ildə inşa edilmiş Santa Monica binasına görə dünyanın ən əhəmiyyətli mükafatlarından biri olan Pritzker Memarlıq Mükafatı, 1999-cu ildə memarlar İnstitutunun qızıl medalını qazandı.

Mənbə: archi101

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et