Bu gün:

Lüdviq Mies van der Rohe kimdir?


Lüdviq Mies van der Rohe (1886-1969) alman memarı və dizayneri idi.  Müasir memarlığın formalaşmasında “less is more ”, “az daha çox”mənasını verən böyük bir irəliləyiş etdi. Modernist və minimalist yanaşmaların strukturlarında inkişaf etdirdiyi bir çox detal ilə birləşməsi sayəsində, 20- ci əsrin ən böyük memarlarından biri idi. 

Mies 1886-cı ildə Almaniyanın Aachen şəhərində anadan olub. Uşaq ikən atası ilə daş və hörgü emalatxanalarında işləyirdi. Gənc yaşlarında Belin şəhərinə köçdükdən sonra; orada əvvəlcə memarlıq dizayneri Bruno Paul, daha sonra müasir memarlığın qabaqcıllarından biri olan Peter Berens ilə işləməyə başladı. Memarlıq sahəsində universitet təhsili almasa da, apardığı tədqiqatlar və araşdırmalar sayəsində qısa müddətdə memar oldu. Bu hadisələrdən sonra Lüdviq Mies, anasının qızlıq soyadı olan “Van Der” və “Rohe” əlavə edərək adına başqa bir fərq əlavə etdi.

1913-cü ildə Almaniyada öz memarlıq bürosunu açaraq birinci dərəcəli evlər və göydələnlər yaradaraq ad çıxarmağa başladı. İlk dəfə 1921-ci ildə yarışdığı bir yarışmada dizayn etdiyi “Friedrichstrasse- dəkii göydələn” ilə diqqət çəkdi və beləliklə göydələnlərə olan marağını insanlara göstərdi. 1929-cu ildə inşa etdiyi “Barselona pavilyonu” sayəsində beynəlxalq uğur qazandı  əsərlərini dünyanın ən əhəmiyyətli quruluşlarından birinə çevirdi.

1930-cu ildə Bauhaus memarlıq mərkəzinə rəhbərlik etdi. Ancaq o dövrdə nasist Hökuməti repressiya səbəbiylə mərkəzi bağlamaq məcburiyyətində qaldı. Nasistlərlə əlaqəli digər problemləri nəzərə alaraq Amerikaya köçmək qərarına gəldi. Burada məşhur memar Philip Johnson sayəsində ilk beynəlxalq memarlıq sərgisində “müasir memarlıq Sərgisi”ndə iştirak edərək adından bəhs etditməyə davam etdi. Daha sonra Armor Texnologiya İnstitutunun memarlıq fakültəsində işləməyə başladı və 1938-ci ildən 20 il Mies ITT-nin memarlıq fakültəsinin direktoru oldu. Sonrakı illərdə fakültənin modernləşdirilməsində də iştirak etdi.

Lüdviq Mies van der Rohenin memarlıq xəttinə ən çox əhəmiyyət verdiyi şey, sadəlik və funksionallığın önə çıxdığı və dizaynlarında polad və şüşənin birlikdə istifadəsinin daşıyıcı sütun fikrinin məhv edilməsinə imkan verdiyi dizaynlardır.

Pavilyon Mies tərəfindən Barselonadakı Beynəlxalq sərgi üçün xüsusi olaraq dizayn edilmiş və sənətkarın ən böyük əsərlərindən biri olmuşdur. Dam və tavan konstruksiyası sayəsində dizayn bir çox dizayndan fərqlənir və sərbəst tərtibatın ən yaxşı nümunələrindən biri hesab olunur. 1930-cu ildə yarmarka tamamlandıqda ləğv edildi və 1983-cü ildə bir qrup memar tərəfindən dizayn planlarından sonra yenidən quruldu.

Lüdviq Mies Lilly Reich-in iştirakı ilə pavilyon üçün xüsusi bir kreslo hazırladı. Sonradan dizayn bu günə qədər geniş istifadə olunmağa davam etdi.

Farnsvort evi (İllinoys, ABŞ / 1946)

Quruluş, digər Mies layihələrində olduğu kimi divarların yerinə minimalist şüşə istifadə edən bir otaqlı bir kottec kimi dizayn edilmişdir. Divarların olmaması səbəbindən içərini təbiətlə birləşdirdi. İndiyə qədər tikilmiş ən minimalist quruluş hesab olunur.

Seagram binası (Nyu-York, ABŞ / 1958)

Nyu-Yorkda Mies tərəfindən dizayn edilmiş bina rəssamın ilk goöydələn layihəsidir. Bu, Manhettenin məşhur göydələnində yerləşən 38 mərtəbəli ofis binasıdır. Mies-in şüşə divarların ola biləcəyini sübut edərək həyata keçirdiyi layihə memarlıqda bir irəliləyiş oldu.


Mənbə: Archi101

Tərcümə etdi: Aysu Əsədova 

Paylaş
Şərh əlavə et