Bu gün:

Herman Hesse- məşhur alman yazıçısı


Hermann Hesse (2 iyul 1877 - 9 avqust 1962) alman şairi və yazıçısı idi. Şəxsiyyətin mənəvi inkişafına verdiyi dəyər ilə tanınan Hesse yaradıcılığının mövzularını əsasən öz həyatından alırdı. Öz dövründə, xüsusən Almaniyada məşhur olsa da, Hesse 1960-cı illərin əks-mədəniyyət hərəkatı zamanı bütün dünyada böyük nüfuz sahibi oldu və indi 20-ci əsrin ən çox tərcümə edilmiş Avropa müəlliflərindən biridir.

Hesse 12 yaşında şair olmaq istədiyinə qərar vermişdi. Məktəbi bitirdikdən sonra bu arzusunu reallaşdırmaq üçün yollar axtarırdı. Hesse bir kitab mağazasında işləməyə başlayır, lakin üç gündən sonra hiss etdiyi məyusluq və depressiyaya görə işini tərk edir. İşini atmasına görə atası onun ədəbi fəaliyyətlə məşğul olmaq üçün evdən getmə istəyini rədd edir.


Həyatının növbəti mərhələsində orduya yazılan Hesse gözlərində olan problemə görə orduya qatıla bilmir. Lakin arxa cəbhədə fəaliyyət göstərmək üçün müharibə zonasını da tərk etmir. 


Müharibədən sonra Hesse üçün bir qədər böhranlı dönəm başlayır. Həyat yoldaşından ayrılır və bu dəfə özünü başqa bir incəsənət sahəsində sınamağa— şəkil çəkməyə başlayır. Bu dövr onun romantik rəssamlıq xəyalları ilə sona çatmır. Sonralar olduqca məşhur olan, Qərb ənənələrini rədd edən əsəri—"Siddhartha"-nı yazır.


Hesse 1924-cü ildə isveçrəli müğənni Rut Vengerlə evlənir. Lakin bu evliliyi də uzunmüddətli olmur.1927-ci ildə evliliyinə son qoyan yazıcı elə həmin il ən məşhur əsərini- "Yalquzaq" romanını yazır. Əsərin baş qəhrəmanı Harri Hessenin prototipidir. Özünü burjua rejiminə uyğun görməməsini, daxili təlatümlərini Harrinin simasında əks etdirib. 


1931-ci ildə Herman Hesse 1943-cü ildə nəşr olunan son romanını "Muncuq oynunu"-nu yazır. Bu roman da olduqca məşhurdur və özündə əhəmiyyətli suallara cavab axtarır. İnsanlığın müharibədən çıxış yolu axtardığı bir zamanda riyaziyyat və musiqinin əhəmiyyətini sual altına alan yazıçı yaratdığı utopik dünyada kilsəni xatırladan mühit təqdim edir. Əsər boyunca oxucular ilə oyun oynayan müəllif muncuq oyununun nədən ibarət olduğunu açıqlamır.


Nasistlərin Hesseyə qarşı sərt mövqeyi onun yüksəlişinə təsir göstərmədi və 1946-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatınl qazandı. Həyatının son illərini şəkil çəkmək və oxucularının sevgi dolu məktublarına cavab vermək ilə keçirən yazıçı 1962-ci il avqustun 9-da dünyasını dəyişir. 


Mənbə: thoughtco.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et