Bu gün:

Şeref Akdik kimdir?


Türk impressionist rəssam Şeref Akdik 1899-cu ildə İstanbulun Fatih şəhərində anadan olub. Reis-ul-Hattatin kimi tanınan Kamil Akdikin oğlu Şeref Akdik atasının təsiri altında rəssamlıq sənətinə müraciət etdi. 

Daha sonra Avropa yarışmasında qalib gələrək Paris Julian Akademiyasında Paul Albert Lorens atelyesində Muhittin Sabati Ataman, Mahmut Juda, Jevat Dereli və Rafik Epikman ilə birlikdə təhsilini davam etdirdi.


 

1928-ci ildə vətəninə qayıdaraq Gözəl Sənətlər Birliyinin nəzdindəki Ankara Dövlət sərgilərində iştirak etdi. Xüsusi sərgilər də keçirdi. Həm də bu dövrdə Qazi Pedaqoji İnstitutunda və Haydarpaşa Liseyində rəsm öyrətdi. Daha sonra təqaüdə çıxana qədər Akademiyada dərs verdi və bir çox tələbə yetişdirdi.

İmpressionizm üslubunda işləyən sənətkarın əsərləri həm daxili, həm də xaricdəki muzey kolleksiyalarında tapılır. 1930-cu illərdə respublika və onun inqilabları mövzusunda rəsmlər çəkdi.

Əsasən Anadolu tərəfindəki İstanbul bölgələrinə aid mənzərələr üzərində işləyirdi. Xəttatlıqla da məşğul olan rəssam, sonrakı illərdə İstanbulda qurduğu xüsusi bir rəsm emalatxanasında bir çox tələbələrə dərs verdi.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et