Bu gün:

Poliqlot- Stiv Kaufmann


Poliqlot dillərə dərin məhəbbət bəsləyən və eyni zamanda bir çox dil bilən insandır. “Poliqlot” termini üçdən çox dildə danışa bilən insanları təsvir etmək üçün istifadə olunur. Əgər iki dildə danışırsansa, ikidillisən, üç dildə danışırsansa, üçdillisən. Əgər dörd dildə danışırsınızsa artıq özünüzü poliqlot adlandıra bilərsiz. Poliqlotlar maraqlı insanlardır: dünya əhalisinin cəmi 3%-i dörd və ya daha çox dildə danışa bilir.

Stiv Kaufman

Danışdığı dillər: İngilis (doğma), Rus, Yapon, Koreya, Rumın, İsveç, Portuqal, Fransız, İspan, Alman, Yunan, Çex, Slovak, Polyak, Çin Mandarin, Kanton, Çex, Ukrayna, İtalyan, Türk, Fars.


Stiv Kaufmann dil öyrənməkdə problemi olan hər kəs üçün ideal ilham mənbəyidir: o, artıq 75 yaşındadır və hələ də dil öyrənir! 


Stiv iyirmi dildə ünsiyyət qura bilir və cəlbedici məzmun vasitəsilə dilləri öyrənməyə imkan verən Lingq.com- un yaradıcısı olmaqla yanaşı, dil öyrənmək haqqında danışdığı yutub kanalı var. Stiv keçmişdə məktəblərin tətbiq etdiyi sərt tədris metodlarına görə dil öyrənməkdə o qədər də yaxşı olmadığını, bunun da onun poliqlot klubuna qoşulmasına və öz metodlarını yaradıb inkişaf etdirməsinə səbəb olduğunu söyləyir. 


Mənbə: preply.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et