Bu gün:

Morqan Frimanın filmoqrafiyası


Cəlbedici səs tembri və sakit davranışı ilə həmişə məşhur olan amerikalı aktyor müasir Hollivud kinosunun ən görkəmli simalarından biri Morqan 1 iyun 1937-ci ildə Tennessi ştatının Memfis şəhərində müəllim Mayme Edna (Revere) və bərbər Morqan Porterfild Frimanın ailəsində anadan olub.

Gənc Friman 1955-1959-cu illərdə ABŞ Hərbi Hava Qüvvələrində mexanik kimi bir neçə il xidmət etməzdən əvvəl Los-Anceles Şəhər Kollecində oxuyub. 


1970-ci illərdə o, ciddi səhnə fəaliyyətinə başlayır, Drama Desk və Klarens Dervent Avards mükafatlarını qazanır və 1978-ci ildə "Mighty Gents" filmindəki performansına görə təkrar mükafatlandırılır. Friman 1984-cü ildə Lee Breuer -in "The Gospel at Colonus " əsərində "The Messenger" roluna görə növbəti "Obie" mükafatın, 1985-ci ildə eyni rola görə Drama-Logue Mükafatını qazandı. 1987-ci ildə Friman Alfred Uhrinin Pulitzer mükafatına layiq görülmək ilə dördüncü Obie mükafatını əldə etdi. 1990-cı ildə Friman “Fırıldağın əhliləşdirilməsi” filmində Petruçio rolunu ifa edir. Friman ilk dəfə televiziya ekranlarında Uşaq Televiziya kanalında (indiki Sesame Workshop) The Electric Company (1971) şousunda "Asan Oxucu", "Mel Mounds" və "Count Dracula" kimi bir neçə personajı eyni zamanda ifa edib. Daha sonra o, başqa bir uşaq şousundan bədii filmə keçir, "Kim deyir ki, mən göy qurşağına minə bilmirəm!" (1971). Daha sonra, "Blade" (1973) trillerində kiçik bir rol alır; Yuli Sezarda (1979) Kaska və Koriolanda (1979) baş rolu oynayır. İstedadlı Freeman karyerası boyunca çox gərgin iş cədvəlinə sahib olub və o, "Attica" (1980) və "Brubaker" (1980), "Şahit" (1981) kimi dram filmlərində oynayır. Morqan Friman "Peyğəmbərin Ölümü" (1981) filmində öldürülən Malkolm X-in son 24 saatını canlandırır. 1980-ci illərdə Friman keyfiyyəti dəyişkən filmlərdə kifayət qədər uğurlu performanslar göstərməyə davam edirdi. Nəhayət, o, həqiqətən də karyerasının ən böyük uğurunu qazandı. "Street Smart" (1987) filmində amansız qulduru canlandıraraq Oskar mükafatını qazandı. Bundan sonra Frimanın uğurlarının arası kəsilmirdi. 1989-cu ildə o növbəti dəfə Oskar mükafatını qazanır. 

1993-cü ildə Freeman "Bopha" filmi ilə özünü rejissor kimi də sınayır(1993) və tezliklə o, film istehsalı üçün "Revelations Entertainment" şirkətinin əsasını qoyur. Belə Friman təkcə yaxşı aktyor yox, həm də yaxşı rejissor kimi tanınmağa başlayır. "Yedi" (1995), "Kızları Öp" filmlərində (1997) dedektiv polis rolunu canlandırır. 


Lakin əlbətdə ki, Frimanın ən uğurlu obrazları "Şouşenkdən qaçış" filmindəki rolu və Mandelinanı canalandırdığı filmlərdir.


Mənbə: IMDb

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et