Bu gün:

Maide Arel kimdir?


Türkiyəli rəssam Maide Arel 1907-ci ildə İstanbulda anadan olub. İbtidai və orta təhsilini bitirdikdən sonra Gözəl Sənətlər Akademiyasında Mehmet Ruha Arel bəy, Nazmi Ziya və Hikmətə Onatdan dərs almışdır.  Həyat yoldaşı Şəmsi Arelin tapşırığı ilə olduğu Erzincanda Fransız dili və musiqisini öyrətdi.

1948-ci ildə Ankara Halkevi tərəfindən təşkil edilən bir yarışmada ikincilik mükafatı qazandı. Daha sonra Parisdə sənət təhsilini Andre Lote, Fernand Leger və Jean Metzinger emalatxanalarında inkişaf etdirdi.

Parisə qayıdaraq İstanbulda ilk fərdi sərgisini açdı (1951). Parisdə, Edinburq festivalında və 1954-cü ildə İstanbulda təşkil etdiyi beynəlxalq sənət tarixçiləri Konqresində keçirilən qadın rəssamlar sərgisində də iştirak etdi.

Həyat yoldaşı Şəmsi Arel və T. B. M. M. ilə Hataya getdi. 1959-cu ildə həyat yoldaşı Şəmsi Arel ilə birlikdə Parisdə xarici fərdi sərgisini açdı. 1960-cı ildə Parisdəki Qadın Hüquqları Cəmiyyətinin sənət bölməsinin sərgisinə qatıldı və üzv olduğu beynəlxalq dərnək sərgisində "Türk hamamı" əsərinə görə bürünc medal qazandı.

Dövlət sərgilərinə əlavə olaraq, Gözəl Sənətlər Birliyinin illik sərgilərində iştirak etdi və xüsusilə Türkiyədəki qadın rəssamlar təşkilatında nüfuzlu vəzifələrdə çalışdı. 1982 və 1984-cü illərdə fərdi sərgiləri var idi.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et