Bu gün:

Travma sonrası sinir pozğunluğu nədir?


Travma fərdin zehni və mənəvi həyatına təsir edən və gündəlik həyatda mənfi nəticələri olan hər hansı bir hadisə kimi təyin edilə bilər. Travmanı adi neqativ təcrübələrdən fərqləndirən cəhət insanın həyatı və ya fiziki bütövlüyü, zorakılıq və ya ölüm təhlükəsi ilə üzləşməsidir.

Travma fərdin zehni və mənəvi həyatına təsir edən və gündəlik həyatda mənfi nəticələri olan hər hansı bir hadisə kimi təyin edilə bilər. Travmanı adi neqativ təcrübələrdən fərqləndirən cəhət insanın həyatı və ya fiziki bütövlüyü, zorakılıq və ya ölüm təhlükəsi ilə üzləşməsidir.

Uşaqlarda və yeniyetmələrdə travmadan sonra hansı əlamətlər yaranır?

Travmadan sonra hadisə ilə bağlı təkrarlanan və qeyri-ixtiyari xatirələr insanın beynini narahat edə bilər. Gənc uşaqlarda bu xatirələr tez-tez təkrarlanan və narahatedici oyunlar şəklində görünə bilər. Hadisə ilə bağlı kədərli yuxular baş verə bilər. Gənc uşaqlarda bu yuxular anlaşılmaz məzmunlu qorxulu yuxulardır. Travmaya məruz qalan uşaq və ya yeniyetmə hadisənin təkrar-təkrar baş verdiyini hiss edə bilər. Hadisəni oyadan və ya xatırladan vəziyyətlər və ya düşüncələr yarandıqda güclü psixoloji sıxıntı yaşana bilər.

Travmatik bir hadisədən sonra hadisənin tam və ya əhəmiyyətli bir hissəsi xatırlanmaya bilər.

Xüsusilə yaş azaldıqca travmatik hadisədən sonra fiziki əlamətlər görünə bilər. O, həmçinin titrəmə, artan narahatlıq, hiperaktivlik və impulsiv davranış kimi xroniki stress və qaçınma ilə əlaqəli əlamət və simptomları göstərə bilər. 

İntihar düşüncələri və cəhdləri, fiziki problemlər, özünə zərər vermə və akademik problemlər tez-tez baş verir.9

Travma sonrası stress pozğunluğu uşaqlarda və yeniyetmələrdə travmadan sonra baş verən ən çox görülən psixi pozğunluqdur. Bununla belə, travmalar insanın meylli olduğu bütün psixoloji problemləri tetikleyebilir və ya üzə çıxara bilər. TSSB-dən başqa, depressiya və davranış pozğunluqları ən çox uşaqlarda və yeniyetmələrdə travmadan sonra baş verir. Bundan əlavə, fiziki sağlamlığın pisləşməsi və ya fiziki problem olmadan fiziki simptomların ortaya çıxması, inkişaf bacarıqlarının geriləməsi, narahatlıq pozğunluğu, sidiyə çıxma və defekasiya pozğunluğu, müxalif müqavimət pozğunluğu, özünə zərər vermə, intihar düşüncələri və davranışları, akademik problemlər tez-tez baş verir.

Uşaq və yeniyetmələrdə psixoloji simptomların yaranmasına səbəb olan travma ilə əlaqəli olmayan amillər də var. 

Mənbə: Mentalica

Tərcümə etdi: Çimnaz Məmmədova

Paylaş
Şərh əlavə et