Bu gün:

Şizofreniya nədir?


Şizofreniya, fərdlərin reallığı anormal kimi şərh etdiyi, reallıq ilə qeyri-reallığı ayırd edə bilmədiyi psixi pozğunluğa verilən addır. Şizofreniya halüsinasiyalar, aldatmalar və yüksək qeyri-mütəşəkkil düşüncə və davranışların birləşməsindən yarana bilər ki, bu da gündəlik fəaliyyəti pozur və insanı tamamilə sıradan çıxarır.


Şizofreniya xəstələri üçün müalicə ömür boyu davam etməlidir. Erkən müalicə ciddi fəsadlar inkişaf etməzdən əvvəl simptomları idarə etməyə kömək edə bilər və uzun müddətdə fərdin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün addımlar atmağa imkan verə bilər.


Səbəblər
Şizofreniya nədən yaranır?
Tibbi və psixi sağlamlıq mütəxəssisləri şizofreniya xəstəliyinin inkişafına nəyin səbəb olduğunu hələ dəqiq müəyyənləşdirməyiblər. Bununla belə, tədqiqatçılar hesab edirlər ki, genetik quruluş, beyin kimyası və ətraf mühitin birləşməsi şizofreniya vəziyyətinin inkişafına kömək edir.

Tədqiqatlar göstərdi ki, dopamin və qlutamat adlanan neyrotransmitterlər də daxil olmaqla bir sıra təbii beyin kimyəvi maddələri ilə bağlı problemlər şizofreniyaya səbəb ola bilər. Neyroimaging tədqiqatları şizofreniya xəstələrinin beyin strukturunda və mərkəzi sinir sistemində digər şəxslərlə müqayisədə fərqliliklərin mövcudluğuna işarə edir. Tədqiqatçılar bu dəyişikliklərin dəqiq təsirlərinin nə olduğunu bilməsələr də, şizofreniyanın beyin xəstəliyi olduğunu göstərən əlamətlər hesab edirlər.

Məlumdur ki, bir sıra amillər fərdlərdə şizofreniya xəstəliyinin inkişaf ehtimalını artırır, məsələn, ailədə şizofreniya xəstəliyi olan şəxslərin olması, gənc yaşda və yetkinlik dövründə psixoaktiv və ya psixotrop dərmanların istifadəsi, doğuşun ağırlaşması kimi hamiləlik zamanı qidalanma və ya beyin inkişafına təsir göstərə bilən toksinlərə və ya viruslara məruz qalma kimi səbəblər şizofreniya yarada və ya onu şiddətləndirə bilər.

Mənbə:acibadem.com

Tərcümə etdi:Uğur Hacıyev

Paylaş
Şərh əlavə et