Bu gün:

Kompas nə vaxt və kim tərəfindən icad olunub?


Kompası kimin icad etdiyi məlum olmasa da, ilk kompasların təxminən eramızdan əvvəl 220-ci ildə Çində istifadə olunduğu məlumdur. Kompas qədim dənizçilərin istiqamət tapmaq üçün istifadə etdiyi ən vacib alət idi.

Kompas nədir?

Adını italyanca bussola sözündən götürən kompas, şimala və cənuba yönəldilmiş maqnit iynəsi olan və istiqaməti təyin etmək üçün istifadə edilən yığım alətidir.

Kompas necə işləyir?

Yerin maqnit sahəsini maqnitin ətrafında yaranan maqnit sahəsi ilə təqribən müqayisə etmək olar. Yerin iki maqnit qütbü var: biri coğrafi Şimal qütbünə yaxın, digəri isə coğrafi Cənub qütbünə yaxındır.

Yerin maqnit sahəsi:

Kompasın iynəsi iki maqnit qütbü olan nazik hissəcikdən ibarətdir. Maqnitlər Yerin maqnit sahəsindən təsirlənir. Oxşar maqnit qütbləri bir-birini itələdiyi və əks maqnit qütbləri bir-birini cəzb etdiyi üçün kompasın maqnit şimal qütbü Yerin coğrafi şimalını, maqnit cənub qütbü isə Yerin coğrafi cənubunu göstərir.

Kompasın ixtirası: Kompası kim icad edib?

Məlumdur ki, qədim Yunanıstanda insanların maqnit haqqında məlumatı olub. Hətta məşhur filosof Thalesin maqnitlərin dəmiri hərəkət etdirdiyi üçün ruhu olduğunu dediyi məlumdur. Lakin sonradan məlum olub ki, maqnitlər şimal-cənub istiqamətini göstərir. 

İlk istifadə məqsədi binaların inşası zamanı tikilinin düzgün istiqamətə baxmasını təmin etmək üçün istifadə edilən bu kompaslar həmişə şimala baxan düz bir boşqab üzərində qaşıq formalı lodestonedan ibarət idi. Bu kompaslardan daş-qaş və qızıl axtarmaq üçün də istifadə olunurdu.

Eramızdan əvvəl 220-ci ildə Çində istifadə edilən kompasdan əvvəl nə istifadə olunurdu?

Qədim dövrlərdə dənizçilər yerlərini müəyyən etmək üçün Günəş və Qütb ulduzu kimi göy cisimlərindən istifadə edirdilər. Məsələn, Prof. Dr. Fuat Sezgin “İslam sivilizasiyasında astronomiya, coğrafiya və dənizçilik” kitabında IX əsrdə müsəlman dənizçilərin yerlərini təyin etmək üçün üfüq xətti ilə göy cismi arasındakı hündürlüyü ölçən “kəmal” adlı alətdən istifadə etdiklərini söyləyir. Prof. Dr. Fuat Sezgin bildirir ki, Yakup çubuq və Davis siferbatı kimi alətlər də eyni məqsədlə istifadə olunub.

Kompaslar tam olaraq Şimal qütbünü göstərirmi?

15-ci əsrdə səyahətçilər kompas iynələrinin birbaşa Şimal qütbünü deyil, qütbə yaxın bir nöqtəni göstərdiyini müşahidə etdilər. Çünki Yerin maqnit qütbləri coğrafi qütblərlə tam üst-üstə düşmür. Üstəlik, maqnit qütbləri daimi hərəkətdədir. Məsələn, maqnit qütbünün Yer kürəsinin şimalındakı yeri ilk dəfə 1831-ci ildə müəyyən edildikdə, o, Kanada sərhədləri daxilində coğrafi Şimal Qütbünün bir bölgəsində idi. Aradan keçən müddətdə Sibirə doğru təxminən 2300 kilometr sürükləndi. Məlumdur ki, maqnit qütbləri keçmişdə dəfələrlə yer dəyişib. Güman edilir ki, maqnit şimal qütbü və maqnit cənub qütbü gələcəkdə yerlərini dəyişə bilər. Amma bunun nə vaxt baş verəcəyini proqnozlaşdırmaq çox çətindir.

Kompasların yeganə problemi maqnit qütblərinin hərəkət etməsidir. Ətrafında cib telefonları, kompüterlər və metal saatlar kimi maqnit cihazları varsa, kompaslar səmərəli işləmir. Kompasdan keçmişdən indiyə kimi daha çox dənizçilər istifadə etsə də, bu gün pilotlar, mədənçilər, memarlar, meşəçilər, tədqiqat mühəndisləri, kəşfiyyatçılar, alpinistlər və səmti müəyyən edən idmançılar da kompasdan istifadə edirlər.


Mənbə: TÜBİTAK Bilim Genç

Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et