Bu gün:

"Hepatit D" virusu


Hepatit D hepatit delta virusunun (HDV) səbəb olduğu qaraciyər infeksiyasıdır və qaraciyərin ciddi zədələnməsinə, qaraciyər xərçənginə, qaraciyər çatışmazlığına və ölümcül nəticələrə səbəb ola bilər.

Hepatit D virusu yoluxucu xəstəlikdir və HDV-yə qarşı hələ heç bir peyvənd və ya müalicə yoxdur, lakin hepatit B peyvəndi tövsiyə oluna bilər. Erkən diaqnoz qoyularsa, qaraciyər çatışmazlığının qarşısını almaq üçün müalicələr aparıla bilər.

Hepatit D kəskin və ya xroniki ola bilər. Kəskin HDV qəfil inkişaf edir və ciddi simptomlara səbəb olur. Özbaşına sağala bilər. İnfeksiya 6 ay və ya daha çox davam etdiyi üçün bu vəziyyət xroniki HDV kimi tanınır. Xroniki hepatit D irəlilədikcə fəsadların yaranma ehtimalı artır. Hepatit D nəticəsində əksər hallarda sirozdan və ya qaraciyərdə ağır çapıqların olmasından əziyyət çəkir.

Hepatit D necə ötürülür?

Hepatit D yoluxucu xəstəlikdir. O, yoluxmuş şəxsin bədən mayeləri ilə təmas zamanı yoluxa və yayıla bilər. Hepatit D virusunun əmələ gəlməsi üçün insanın, ilk növbədə, orqanizmində hepatit B virusu olmalıdır. Hepatit B virusu kimi, hepatit D virusu da qan və ya yoluxmuş bədən mayeləri ilə təmasda ola bilər (məsələn, döymələr, iynələr).

Hepatit D hansı xəstəliklərə səbəb olur?

Hepatit D virusu qaraciyərdə ciddi zədələnmələrə və simptomlara səbəb ola bilən qaraciyər xəstəliyidir.

Hepatit D virusunun törətdiyi xəstəliklər bunlardır:
• Siroz
• Qaraciyər çatışmazlığı
• Qaraciyər xərçəngi

Hepatit D virusunun əlamətləri hansılardır?

Hepatit D infeksiyası zamanı xəstədə hepatit B simptomları pisləşə bilər.

Hepatit D infeksiyasının simptomlarını aşağıdakı kimi sıralamaq olar:

• Güclü zəiflik və yorğunluq,
səbəbsiz kilo itkisi
• Ürək bulantı və qusma
• Mədə ağrısı
• Sarılıq
• Bədəndə özbaşına yaranan qançırlar
• Səbəbi bilinməyən və dayanmayan qanaxma
• Dərinin və dəri rənginin saralması.

Hepatit D risk faktorları hansılardır?

Hepatit D virusu qan və ya yoluxmuş bədən mayeləri ilə təmasda ola bilər (məsələn, döymələr, iynələr).

Hepatit D diaqnozu necə qoyulur?

Hepatit D diaqnozu öz sahəsində mütəxəssis olan həkimlər tərəfindən qoyulur. Həkim əvvəlcə insanın əlamətlərini və həyat tərzini öyrənmək üçün bəzi suallar verir. Daha sonra şəxs fiziki müayinədən keçirilir və dəri rənginin dəyişməsi, alt ayaqlarda, ayaqlarda və ya topuqlarda şişkinlik, qarında həssaslıq və ya şişkinlik kimi qaraciyər zədələnməsi əlamətləri üçün qiymətləndirilir. Bu vəziyyətdən şübhələnirsinizsə, şəxsə bəzi qan testləri aparılır.

Mənbə: Npİstanbul
Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et