Bu gün:

Necə eşidirik?


Qulaq və beyin eşitməni həyata keçirmək üçün birlikdə işləyir.



Səs dalğaları qulağa daxil olur

Səs meydana gəldikdə səs dalğaları aurikül olaraq da bilinən xarici qulağa daxil olur. Pinna qulağın görünən hissəsidir və qıfa bənzəyir.



Səs pinnaya dəydikdə pinna səs dalğalarını süzür, gücləndirir və onları qulaq kanalına yönəldir. Qulaq kanalından keçən səs dalğaları qulaq pərdəsinə dəyir və onu nağara kimi titrədir.

Səs orta qulağa keçir

Qulaq kanalından gələn səs dalğalarına cavab olaraq qulaq pərdəsi titrədiyi zaman orta qulaqda müvafiq olaraq çəkic, örs və üzəngi işə düşür. Çəkic, örs və üzəngi bədəndəki ən kiçik sümüklərdir. Bu sümüklər qulaq pərdəsindən gələn səs titrəyişinin oval pəncərəyə doğru yüksəlməsinə imkan verən bir qol rolunu oynayır.



Belə ki, çəkic birbaşa qulaq pərdəsinə bağlı olan sümükdür. Digər tərəfdən isə anvil ilə bağlıdır. Örsün sonunda üzəngi var. Ştaplar oval pəncərəyə, orta qulağı daxili qulaqdan ayıran membrana bağlıdır.

Səs daxili qulağa keçir və eşitmə meydana gəlir

Üzəngidən gələn titrəyişlər oval pəncərəni itələyir və daxili qulaqdakı kokleaya çatır. Koklea eşitmədə rol oynayır. O, maye ilə doludur və quruluşu ilbizi xatırladır.



Kokleada, həmçinin eşitmə üçün lazım olan elektrik siqnallarının istehsalını təmin edən saç hüceyrələri və stereosiliya adlanan strukturlar var. Bu iki struktur titrəmə nəticəsində olan dalğa hərəkətindən yaranan mexaniki enerjini elektrik siqnallarına çevirir.


Kokleaya çatan titrəmələr kokleanın içindəki mayenin dalğalar kimi hərəkət etməsinə səbəb olur. Maye hərəkət etdikcə kokleadakı tük hüceyrələrinin uclarında stereosiliya adlanan strukturlar da irəli və geri hərəkət edir. Bu strukturların hərəkəti nəticəsində stereosiliyanın ucundakı kanallardan ionlar ayrılır. Sərbəst buraxılan ionlar saç hüceyrələrindən neyrotransmitterlərin ifraz olunmasına səbəb olur. Nörotransmitterlər beyindəki sinir hüceyrələri arasında əlaqəni təmin edən kimyəvi maddələrdir.


İstehsal edilən siqnallar eşitmə sinirləri vasitəsilə beyinə çatdırılır. Beyin bu siqnalları şərh edir və eşitmə meydana gəlir.


Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et