Bu gün:

Optik eynəklərin tarixçəsi


Əslində eynəklərin əsas materialı olan şüşənin tarixi 4500 il əvvələ gedib çıxır. Eramızdan əvvəl 100-cü ilə aid böyüdücü şüşə kimi istifadə edilən şüşə nümunələri Kritdə aparılan qazıntılarda tapılıb. 965-ci ildə anadan olan, dövrün ən böyük tədqiqatçılarından və İslam fiziklərindən biri olan Əbu Əli El Həsən İbn El Heytam, günümüzdə vizual optika və linzalarla bağlı araşdırmalarında optik elminin inkişafında mühüm rol oynayıb.

Gözdən çıxan şüaların cisimlərə dəyməsi ilə görmənin meydana gəldiyini iddia edən özündən əvvəlki yunan alimlərindən fərqli olaraq Heysəm işığın cisimlərə dəyib əks olunaraq gözün mərkəzinə çatdığını və görmənin belə meydana gəldiyini açıqlayıb.

Eynəyi ilk tapan şəxsin kim olduğu məlum deyil. Bu böyük ixtiranı kimin etdiyi uzun araşdırmalara baxmayaraq hələ də sirr olaraq qalır. Ancaq bəzi söz-söhbətlərə görə, eynəklərin Rocer Becom tərəfindən icad edildiyi deyilir. Çox güman ki, bu şəxs 1250-1280-ci illər arasında Venesiyada yaşayıb. Çünki 13-cü əsrdə, orta əsrlərdə İtaliyada şüşə istehsalı ilə məşhur olan Venesiya o zamanlar yazının üzərinə istifadə edilən şüşələr qoyub və böyüdülmüş yazıları oxuyub. Bu eynəklərə oxu daşları deyilir. Roger Beco bu oxu daşları üzərində çoxlu araşdırmalar apararaq oxu daşını inkişaf etdirib. Oxu daşı kvarsdan və dağ büllurundan hazırlanıb. Beril daşları da istifadə edilib.

13-cü əsrin sonlarında o vaxta qədər yarımkürə formasına malik olan şüşə düz şüşələrə kəsilməyə başlayıb. Baxış sahəsinin bu yolla genişləndirildiyi müəyyən edilib. Daha sonra hər iki göz üçün ayrı-ayrı linzalar istifadə edilməyə başlanıb. 

İlk eynəklərin linzaları qabarıq olub. Bu yalnız yaxın görmə problemi olanlar üçün faydalıdır. Uzaqdan görmə problemi olanların problemini həll edəcək konkav linzaların istehsalı üçün bir əsr lazım olardı. Göründüyü kimi, eynəklərin inkişafı tarix boyu kifayət qədər ləng gedir. Uzaq görmə problemini, yəni miopiyanı düzəldəcək linzaların ancaq 10-cu əsrdə hazırlana bilməsinin səbəbi o dövrdə eynəklərin daha çox oxumaq üçün istifadə edilməsi və içbükey linzaların istehsalı daha çətin və bahalı olması idi. 

Mətbəənin ixtirasından və çap olunan kitab və qəzetlərin sayının artmasından sonra eynək dəbdəbə olmaqdan çıxdı və zərurətə çevrildi. 14-cü əsrin ortalarında italyanlar gözlük linzalarını, bəlkə də, formalarının oxşarlığına görə mərcimək mənasını verən “Lenticchie” adlandırıblar. İngilis dilində lentis olaraq da bilinən mərcimək, təxminən iki əsrdir ki, gözlük linzaları mənasında da istifadə edilib. Bu səbəbdən bu gün istifadə edilən linzanın adı mərciməkdən gəlir.

İlk optik mağazası 1783-cü ildə Filadelfiyada açılıb. İlk gün eynəkləri 1430-cu illərdə Çinlilər tərəfindən istifadə edilib. Odun tüstüsündən qaralmış eynəkləri günəşdən qorunmaq üçün deyil, insanlar məhkəmələrdə və bir çox başqa yerlərdə gözləri görünməsin deyə taxıblar. Bu istifadənin məqsədi günəşdən qorunmaq deyildi. Daha sonra italyanlar da Çinə reseptli eynəklər gətiriblər. Lakin çinlilər onların əksəriyyətini his ilə qaraldaraq istifadə ediblər.

Günəş işığına məruz qaldıqda qaralan rəngli gözlük linzaları ilk dəfə 1960-cı illərin sonlarında hazırlanıb. 1990-cı illərdə geniş istifadə olunub.

Mənbə: optifabrik 

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et