Bu gün:

İlk muzey və növləri


Dünyada ilk muzey 1683-cü ildə İngiltərədə yaradılıb və adı Ashmole muzeyidir. O vaxtdan bəri açılmağa davam edən muzeylər insanlara tarix, incəsənət, mədəniyyət və müxtəlif mövzular haqqında əyani məlumatlar təqdim edir.

 Muzeylərin növləri və adları hansılardır?

 1- İncəsənət muzeyləri:

Həm də təsviri incəsənət muzeyi kimi tanınırlar. Onlar rəsm və heykəltəraşlıq kimi sənət əsərlərinin xronoloji ardıcıllıqla sərgiləndiyi muzeylərdir. Son illərdə musiqi və ədəbiyyat tarixinə dair yazılı və əyani əsərləri özündə əks etdirən incəsənət muzeyləri də açılıb.

 2- Elm muzeyləri:

Elm muzeyləri müxtəlif növlərə bölünür. Elmi ixtiraların inkişaf proseslərini tarixi sənədlərlə sərgiləyən növləri var. Məsələn, ilk peyvənddən bu günə qədər bütün növ peyvəndlərin sərgiləndiyi muzey elm muzeyidir.

3- Arxeoloji muzeylər:

Bunlar arxeoloji qazıntılar nəticəsində əldə edilən tapıntıların təsvir olunduğu və təsnif edildiyi muzeylərdir. Bu muzeylər sayəsində ibtidai tayfalar, köhnə bəyliklər, dağılmış dövlət və imperiyalar haqqında tarixi məlumatlar əldə etmək mümkündür.

 4- Şəxsi muzeylər:

Özəl muzeylər iki yerə bölünür. Şəxsi muzeylərdə bir və ya bir neçə şəxsin müəyyən etdiyi mövzuya aid əsərlər təqdim olunur. Buna misal olaraq Orhan Pamukun Məsumiyyət Muzeyini və Sunay Akının Oyuncaq Muzeyini göstərmək olar. Müəssisələrin özəl muzeylərində müxtəlif mövzularda çoxlu əsərlər də ola bilər.

 5- Açıq hava muzeyləri:

Əsərlərin deyil, məkanın ziyarətçilərə açıldığı muzeylərə açıq səma altında muzeylər deyilir. Tarixi məscidi, teatrı və ya opera evini muzeyə çevirmək olar.

 6- Etnoqrafiya muzeyləri:

Bunlar tarixi sivilizasiyaların incəsənət və mədəniyyət nümunələrinin toplandığı muzeylərdir. Məsələn, uyğurların gündəlik həyatlarında istifadə etdikləri əşyalar və ya Hetlərin yazılı sənədləri etnoqrafiya muzeylərində sərgilənir.

 7- Texnologiya muzeyləri:

Bunlar texnologiya sahəsində ixtira edilən cihazların sərgiləndiyi muzeylərdir. Keçmişdə icad edilən əsərlərin olduğu binalara Tarix-Texnologiya da deyilir. Süni intellekt və robotlar kimi yeni ixtiraların toplandığı muzeylərə innovasiya muzeyləri deyilir. Bəzilərində köhnə və yeni ixtiralar bir yerdə yerləşdirilir və aralarındakı fərqlər əyani və yazılı şəkildə göstərilir.

8- Tarix muzeyləri:

Tarix muzeyləri müharibə, qıtlıq və ya dövlət kimi sosial hadisə ilə bağlı ola bilər. Bu muzeylərə misal olaraq Osmanlı İmperatorluğu ilə bağlı açılmış çoxsaylı muzeyləri göstərmək olar. Tarixi şəxsiyyətlərin şəxsi əşyalarının sərgiləndiyi tarixi muzeylər də var.

Mənbə: Hüriyyet

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et