Bu gün:

Dəmir çatışmazlığının səbəbi nədir?


Dəmir çatışmazlığının səbəbi nədir?

Dünyada ən çox rast gəlinən anemiya növü olan dəmir çatışmazlığı qadınların 35 faizində, kişilərin isə 20 faizində rast gəlinən mühüm sağlamlıq problemidir. Hamilə qadınlarda isə bu nisbət 50%-ə qədər artır.

Dəmir çatışmazlığı nədir?

Dəmir çatışmazlığı orqanizmə lazım olan dəmirin müxtəlif səbəblərdən qarşılana bilməməsi halıdır. Dəmir orqanizmdə çox mühüm funksiyaları yerinə yetirir. Qırmızı qan hüceyrələrini verən hemoglobinin tərkibində dəmir var və qırmızı qan hüceyrələrinin ağciyərlərdən oksigeni alaraq digər toxumalara çatdırılmasında mühüm rol oynayır. 

Qanda dəmir səviyyəsi aşağı olduqda qırmızı qan hüceyrələrinin əmələ gəlməsi azalır və nəticədə hüceyrələrə, toxumalara, həmçinin orqanlara daşınan oksigen miqdarında azalma olur. Beləliklə, dəmir çatışmazlığı anemiyası meydana gəlir. Dəmir də hüceyrələrdə və fermentlərdə elektrik stansiyalarının bir hissəsi kimi xidmət etməklə yanaşı, orqanizm üçün böyük əhəmiyyət kəsb edir.


Dəmir çatışmazlığının səbəbi nədir?

Dəmir orqanizm tərəfindən istehsal oluna bilməyən bir mineraldır və buna görə də pəhriz vasitəsilə kifayət qədər və nizamlı miqdarda qəbul edilməlidir. Dəmir çatışmazlığı adətən bədəndə dəmirə ehtiyacın artması, dəmirin qeyri-kafi qəbulu və ya bədəndən dəmirin itirilməsi səbəbindən baş verir. Dəmir çatışmazlığının ən əhəmiyyətli səbəbi kifayət qədər dəmir tərkibli qidaların istifadə edilməməsidir. Hamiləlik və menstruasiya kimi vəziyyətlərdə orqanizmin dəmirə ehtiyacı artır.


Dəmir çatışmazlığının əlamətləri hansılardır?

Dəmir çatışmazlığını erkən mərhələdə aşkar etmək çətindir. Bədən dəmir çatışmazlığını bir müddət kompensasiya edə və anemiya əlamətlərinin görünüşünü gecikdirə bilər.


Mənbə: medicalpark 

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et