Bu gün:

Vitamin B12 çatışmazlığın əlamətləri hansılardır?


Vitamin B12 çatışmazlığın əlamətləri hansılardır?

Vitaminlər bədən hüceyrələrinin yenilənməsi, böyüməsi, inkişafı və enerji toplaması üçün vacib üzvi birləşmələrdir. İnsan orqanizmində sintez oluna bilməyən və ya sintez olunsa belə qeyri-kafi olan vitaminlər xarici qida və ya əlavələrlə zənginləşdirilməlidir.

İlk dəfə 1912-ci ildə polşalı biokimyaçı Casimir Funk tərəfindən istifadə edilən vitamin sözü həyat üçün zəruri olan amil mənasını verir. Yağda və suda həll olunanlar olmaqla iki qrupa bölünən vitaminlər insan orqanizmi üçün həyati əhəmiyyət kəsb edir.

Suda həll olunan vitaminlər arasında ən diqqət çəkən vitamin qrupu B vitaminləridir. B qrupunun cəmi 8 vitamini var: tiamin (B1), riboflovin (B2), niasin (B3), pantotenik turşusu (B5), piridoksin (B6), biotin (B7), kobalamin (B12) və fol turşusu.

Suda həll olunan vitamin B12 bədəndə az miqdarda saxlanıla bilər. Tərkibindəki kobalt mineralına görə kobalamin olaraq da bilinən vitamin sağlam bir insanın qaraciyərində cəmi 2 mq və bədənin digər hissələrində 2 mq olmaqla, ümumi bədəndə 4 milliqram olaraq saxlanılır.

Saxlama miqdarı az olduğu üçün gündəlik qəbul edilməsi tövsiyə edilən B12 vitamini heyvan mənşəli qidalarda olur. İnsan orqanizmində yoğun bağırsaqda və nazik bağırsaqda az miqdarda sintez oluna bilən vitamin yüksək temperatura məruz qaldıqda funksiyasını itirir.

B12 bədəndə bir çox mexanizmlərdə iştirak edir:

Qandakı qırmızı hüceyrələrin əmələ gəlməsində, DNT və miyelinin sintezində fol turşusu ilə işləyir.

Sinir hüceyrələrini əhatə edən miyelin qişalarının sintezində iştirak edən B12 vitamini elektrik siqnalının ötürülmə sürətini artırır.

Orqanizm tərəfindən sintez edilən amin turşularının və B12 vitamininin reabsorbsiyasında rol oynayır. 

Sink və maqnezium kimi mineralların funksiyalarında təsirlidir.

Vitamin B12 çatışmazlığının əlamətləri hansılardır?

B12 çatışmazlığı anemiyaya səbəb ola bilər, anemiya səbəbiylə ürək döyüntüsü, məşq qabiliyyətinin azalması, sürətli yorğunluq və zəiflik, konsentrasiya pozğunluğu və bulanıq görmə inkişaf edə bilər.

Dildə qızartı və yanma hissi, ağızda yaralar, ayaqlarda gecə krampları və ishal baş verə bilər.

Ayaqlarda, qollarda və əllərdə uyuşma hissi və zehni funksiyaların pozulması müşahidə olunur.

Xüsusilə, yaşlılarda yaddaş itkisi və unutqanlıq kimi pozğunluqlara səbəb ola bilər. Bədəndə B12-nin udulması və saxlanmasının azalması yaşla müşahidə olunur. B12 çatışmazlığı 65 yaşdan yuxarı şəxslərdə depressiyanın formalaşmasında mühüm rol oynayır.

B12 çatışmazlığı yeni hüceyrələrin sintezini maneə törədir və maddələr mübadiləsinin yavaşlamasına səbəb olur.

B12 çatışmazlığının bəzi hallarda saç tökülməsinə səbəb olduğu da müşahidə edilə bilər.

Mənbə:medicalpark 

Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et