Bu gün:

Kədərli musiqilər dinləməyi niyə bəyənirsiniz?


Çoxları kədərli mahnıları dinləməyi sevir. Kədər kimi mənfi emosiyaya səbəb olsa da, insanların bu cür mahnılara qulaq asmasının səbəbi tam məlum deyil.

Keçmiş araşdırmalarda insanların bu tip musiqiləri dinləyərkən yaşadıqları dolayı təsirlər (məsələn, tanış olduqları qəmli mahnılar onlara keçmişi xatırladır, sözləri onları düşündürür) səbəbiylə kədərli mahnıları dinləməkdən həzz aldığı qəbul edilmişdir. İnsanların bir musiqi parçasının hiss etdiyi kədər hissindən təsirlənmələrinin səbəblərindən biri də insanların empatiya qabiliyyəti ola biləcəyi düşünülürdü. Nəticələri yaxın zamanda Plos One-da dərc edilən araşdırmada, kədər hissi ilə kədərli musiqi dinləyərkən alınan həzz arasında birbaşa əlaqənin ola biləcəyi müəyyən edilib.

Araşdırmada eksperimentə qatılan 50 nəfər onları kədərləndirən sevdikləri mahnıları seçib. Daha sonra iştirakçılardan bu mahnıları dinləyərkən hiss etdikləri kədər hissinin yoxa çıxdığını təsəvvür etmələri istənilib. Təcrübə iştirakçılarına bu vəziyyətin həzin musiqi dinləyərkən aldıqları həzzin dəyişməsinə səbəb olub-olmadığı soruşulduqda, yaşadıqları həzzin azaldığını bildiriblər. Bundan əlavə, iştirakçıların 82%-i mahnıları dinləyərkən hiss etdikləri kədər hissini həzzləri artırdığını bildirib.

Duyğuların beyində yaranma mexanizmini anlamaq üçün irəli sürülən modelə görə, duyğuların beş komponenti var. Bunlar koqnitiv komponent (duyğunun yaranmasına səbəb olan hadisə və vəziyyətlərin qiymətləndirilməsi), fizioloji komponent (ürək döyüntüsünün artması kimi maddələr mübadiləsində dəyişikliklər), motivasiya komponenti (emosiyaya səbəb olan səbəbdən qaçmaq və ya ona yaxınlaşmaq üçün hərəkətlər), motor komponenti (üz ifadəsi) və səs tonunun dəyişməsi kimi davranış fərqləri (subyektiv hiss, emosional ifadələr) komponentidir. Tədqiqatçılar kədərli mahnıları dinləməkdən həzz almanın musiqi dinləmək kimi bədii təcrübə zamanı emosiya komponentlərindən biri olan motivasiya komponentinin müsbət təsir kimi qiymətləndirilməsindən qaynaqlandığını düşünürlər.

Tədqiqatın ən kritik mərhələsi iştirakçıların bu tip musiqiləri dinləyərkən hiss etdikləri kədər hissinin aradan qalxdığını təsəvvür etmələri olub. İştirakçıların əhəmiyyətli bir hissəsi tədqiqatçıların bu tələbi yerinə yetirə bildiyini bildirdi. Bununla belə, bu sahədə araşdırma aparan bəzi digər elm adamları iştirakçıların həqiqətən bu vəzifəni yerinə yetirə biləcəyinə şübhə edirlər.

Mənbə: bilimtubitak
Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et