Bu gün:

“Nikaha daxil olunmağa məcbur edilmək cinayət məsuliyyəti yaradır”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi hüquqşünas Gülnur Əkbərlidir. O, erkən yaşda nikah haqqında danışıb.

-Azərbaycanda erkən nikah üçün cinayət məsuliyyətinə hansı hallarda cəlb olunur?

Ailə məcəlləsinə nəzərən, nikaha daxil olma yaşı 18 yaş olaraq müəyyənləşdirilir. Lakin xüsüsi hallarda bu yaş 1 il olaraq azaldıla bilər. Şəxslərdən hər hansı biri xaricə köçürsə, başqa üzürlü səbəblər varsa, bu zaman valideynlərindən birinin natoya qayda təsdiq olunmuş razılığı əsasında nikah yaşı 1 il olaraq azaldıla bilər. Hüquqi tənzimlənməsi bundan ibarətdir. Cinayət məcəlləsində nikah yaşına çatmayan şəxslərin nikaha bağlanması hallarına görə cinayət məsuliyyətə cəlb olunması nəzərdə tutulur. Buna görə də erkən nikahların qarşısın almaq üçün bu sanksiyaları daha da artırmaq və yaxud insanları bununla bağlı məlumatlandırmaq  olar. Həmçinin nikaha daxil olunmağa məcbur edilmənin özü cinayət məsuliyyəti yaradır.

Xədicə Cabbarlı 

Paylaş
Şərh əlavə et