Bu gün:

Atom bombasının ilk qurbanları Nyu-Meksikoda olub


Atom bombasının ilk qurbanları Nyu-Meksikoda olub

Manhetten Layihəsinin Trinity testi - ilk atom bombası partlaması körpə ölümlərinə, xərçəngə və onilliklər boyu davam edən sağlamlıq problemlərinə səbəb oldu.

16 iyul 1945-ci ildə J. Robert Oppenheimer və Manhetten layihəsinin alimləri Nyu Meksikoda Trinity poliqonunda ilk dəfə atom bombasını partlatdılar. Partlayış silahı hazırladıqları Los Alamos Laboratoriyasından 200 mil uzaqlıqda baş verib. Lakin Tularosa hövzəsində yerləşən sınaq sahəsi təcrid olunmuş ərazi deyildi. Təxminən yarım milyon insan, əksəriyyəti ispanoslar və yerli amerikalılar, partlayışdan 150 mil, bəziləri isə cəmi 12 mil məsafədə yaşayırdılar. Bu insanlar və partlayışın təsir sahəsində olan digər insanlar nüvə partlayışının ilk qurbanları olublar.Onların bir çoxu həmin səhər saat 05:30 radələrində partlayış səsi eşidib (hiss edib) və onun səmada yaratdığı parlaq işığı görüb. Bəziləri dağıntı zonası ilə birbaşa təmasda idi. Nyu-Meksiko ştatının Ruidoso şəhərindəki yay düşərgəsində bir şahid daha sonra dedi ki, o və digər qızlar qar kimi düşən ağ zibillə oynayıb, onu dillərinə vurub üzərilərinə sürtüblər.

Məsuliyyətdən qaçmaq və layihənin yüksək səviyyədə müharibə sirrini saxlamaq istəyən ABŞ hökuməti Tularosa hövzəsinin sakinlərinə gördükləri partlayışın sadəcə sursat və pirotexnik vasitələrin təsadüfi partlaması olduğunu dedi . Səlahiyyətlilər nə ərazini təxliyə etməyi, nə də sakinlərin sağlamlıqlarına potensial təsirlər barədə xəbərdarlıq etməyi düşünmədi. Hətta ABŞ bir neçə həftə sonra Xirosima və Naqasakiyə atom bombaları atdıqdan - təqribən 110.000-210.000 insanı öldürdükdən və müharibəni effektiv şəkildə bitirdikdən sonra - hökumət rəsmiləri hələ də Tularosa hövzəsinin sakinlərinə partlayışın potensial təsirləri barədə məlumat verməmişdi. Partlamanın sağlamlıq riski barədə  soruşulduqda, onlar hər hansı potensial təhlükəni inkar edirdilər.
ABŞ rəsmiləri körpə ölümlərinə məhəl qoymadı
Trinity təcrübəsinin sağlamlığa ən dəhşətli təsirlərindən biri körpə ölümlərindəki artım idi. 1947-ci ildə Roswelldə vəziyyətdən narahat olan Kathryn S. Behnke adlı bir tibb işçisi Manhetten Layihəsi zamanı radiasiya təhlükəsizliyinə cavabdeh olan Stafford Warren-ə məktub yazaraq ondan bu ölümlərin Trinity testi ilə əlaqəsi olub olmadığını soruşdu.
“Xatırladığım kimi, 1945-ci ilin avqustunda, Nyu-Meksikoda ilk bomba sınaqdan keçirildikdən bir ay sonra, burada təxminən 35 körpə ölümü oldu” deyə yazırdı.
O zaman alimlər başa düşürdülər ki, nüvə radiasiyasına məruz qalma şişlərə, xərçənglərə və digər mənfi sağlamlıq təsirlərinə səbəb ola bilər. Əslində, Trinity sınağından beş gün sonra Uorren Manhetten Layihəsinin rəhbəri General Leslie Groves sınaqdan çıxan nüvə tullantılarının Trinity ərazisinin küləkdən aşağı 2700 kvadrat mil sahə üzərində "çox ciddi təhlükə" yaratdığını söyləmişdi.
Uorrenin fəlakətin sağlamlıq üçün böyük risk olduğunu bilməsinə baxmayaraq, onun köməkçisi Behnke-yə cavab olaraq yazdı ki, o, uşaq ölümünün artması barədə eşitməyib, lakin hər halda “sizi əmin etmək istəyir ki, insanların təhlükəsizliyi və sağlamlığı bütövlükdə heç bir şəkildə təhlükə altında deyil”.
Lakin hazırda sınaqdan sonra yaşanan sağlamlıq hallarının məhz partlayış ilə bağlı olduğu məlumdur.

Mənbə: history.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et