Bu gün:

Ümumdünya Əllilər Günü


1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının qərarı ilə dekabrın 3-ü “Beynəlxalq Əlillər Günü” kimi qəbul edilib. Bu gün bütün dünyada əlillərin cəmiyyətə inteqrasiyası, hüquqlarının digər insanlarla bərabər təmin edilməsi, əlillərin cəmiyyətlərdə mövqe sahibi olması məqsədi ilə qeyd edilir.
Əlillik anadangəlmə və ya hər hansı səbəbdən müxtəlif dərəcədə fiziki, mənəvi, əqli və sosial qabiliyyətlərin itirilməsi və normal həyatın tələblərinə əməl edilə bilinməməsi halıdır. ÜST-ün Dünya Əlillik Hesabatına əsasən, dünya əhalisinin 15 faizi, yəni 1 milyarddan çox insan əlilliklə yaşayır. Bu insanların 450 milyonunda psixi və ya nevroloji xəstəliklər olduğu təxmin edilir. Hər bir insan əlilliyə namizəddir. Əlillərə həyatın hər sahəsində hörmət etmək hər bir fərdin borcudur.

COVID-19 pandemiyası zamanı təcrid, sosial həyatla əlaqənin kəsilməsi və xidmətlərin azalmasının bütün dünyada əlilliyi olan insanların həyatına və psixi sağlamlığına təsir etdiyi düşünülür.

Əlil vətəndaşlarımızın üzləşdiyi maneələri aradan qaldırmaq, özlərinin və ailələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq 3 dekabr Ümumdünya Əllilər Gününün əsas məqsədidir.


Mənbə: cocuksagligidernegi.org


Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et