Bu gün:

Peyvənddən yayınmaq hansı nəticələri verə bilər?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı həkim-cərrah, Adil Qeybulladır. O peyvənddən yayınmağın nəticələri haqqında danışıb.


-Bəzi valideynlər uşaqlarını vaxtında peyvənd etdirmir. Bəs Peyvənddən yayınmaq hansı nəticələri verə bilər?


Qızılca və bəzi virusların mütəmadi olaraq peyda olması və xırda epidemik ocaqlar yaratması, müəyyən qrup uşaqların peyvəndsiz qalması ilə bağlıdır. Məhz peyvəndlərin sayəsində vaxtilə kütləvi tələfata gətirən xəstəliklərə bu gün demək olar ki, rast gəlinmir. Milli peyvənd təqvimi ilə hər kəs vaxtında peyvənd olunmalıdır. Peyvənd olunmayan şəxslərə və valideynlərə qarşı müəyyən qərarlar verilə bilər, məhdudlaşdırıcı tədbirlər həyata keçirilə bilər. Vaxtında peyvənd olunmaq uşaqları müxtəlif xəstəliklərdən qoruyur. Ümumiyyətlə, peyvənd olunmaq sağlamlığa xidmət edir.


Çimnaz Məmmədova

Paylaş
Şərh əlavə et