Bu gün:

“Əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi Hüquqşünas Leyla Bədəlovadır. O, uşaqları erkən yaşda işləməyə məcbur edənləri hansı cəzalar gözlədiyindən danışıb.


-Uşaqları erkən yaşda işləməyə məcbur edənləri qanunvericiliyə uyğun hansı cəzalar gözləyir?


Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsinə görə, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.


Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et