Bu gün:

İmposter Sindromu nədir?



Qeyri-adekvatlıq hissi nədir?


Bir çox insanlar gündəlik həyatlarında özlərini başqaları ilə müqayisə edirlər və bu müqayisə bəzən mənfi nəticələrə səbəb ola bilər. Uğur və ya uğursuzluq halında başqalarının vəziyyətinə baxaraq hisslərimizi və düşüncələrimizi müəyyən edə bilərik. Hədəflərimizə çatdığımız zaman belə, bizdən daha yaxşı bir müvəffəqiyyətli birini gördükdə qürur və xoşbəxtlik əvəzinə qeyri-adekvat, yaxud kədərli hiss edirik. 


"Niyə mən də onun qədər bacarıqlı ola bilmədim?", "Kifayət qədər uğurlu deyiləm" kimi fikirlərlə özümüzü aşağı çəkə bilərik. Bu fikirlər birdən yaranan və bizə təsir edən vəziyyətlər deyil. Bunlar yaşadığımız hadisələr və ətrafımızdakı insanların rəyləri ilə zamanla inkişaf edən, bir müddət sonra fərqinə varmadan bizə təsir edən elementlərdir. Özümüzü və hərəkətlərimizi başqaları ilə müqayisə edərkən ən çox rastlaşdığımız hisslərdən biri qeyri-adekvatlıq hissidir.


İmposter sindromu


Ömrünüz boyu bir çox uğur qazanmağınıza baxmayaraq, özünüzü qeyri-kafi və uğursuz bir insan kimi qəbul edirsinizsə, amma başqaları sizi uğurlu bir insan kimi görürsə, həmçinin ətrafınızdakı insanları aldatdığınızı düşünürsünüzsə, bu, əhval-ruhiyyə pozğunluğudur. Qeyri-kafi və uğursuz hiss etdirən şey "İmposter Sindromu", digər adı ilə "Saxtakar sindromu" ola bilər. Bu sindroma sahib insanlar çox vaxt uğurlarının şans və ya xarici amillərlə bağlı olduğunu düşünürlər. Müvəffəq olmadıqlarına dair başa düşülən inam səbəbiylə yalan danışmaqda ittiham olunmaqdan daim narahat olurlar. Bu vəziyyətdən güclü narahatlıq hiss edirlər. “Mən bacararamsa, hər kəs bacarar”, “Mən əldə etdiyim uğura layiq deyiləm”, “Mən buna layiq olmaq üçün kifayət qədər səy göstərməmişəm” kimi cümlələr işlədirlər, yanlış inancları təhrif edirlər. Əslində isə, bunlar doğru deyil.


Qeyri-adekvatlıq hissi nədən qaynaqlanır?


1) Valideyn münasibətləri: Valideynlərin kiçik yaşlarından tənqidi və avtoritar münasibəti qeyri-adekvatlıq hisslərinin inkişafına zəmin yaradır.


2) Müvəffəqiyyəti həddindən artıq qiymətləndirmək və ya heç qiymətləndirməmək: Müvəffəqiyyəti həddindən artıq qiymətləndirən və ya təqdir etməyən ailələrdə böyüyən uşaqlar gələcəkdə qeyri-adekvatlıq hissləri ilə bağlı real olmayan inanclara sahib ola bilərlər.


3) Mükəmməllikçi yanaşma: Başqalarının ən yaxşısını və ən gözəlini gözlədiyini düşünən insan mükəmməl olmadığı üçün günahkarlıq və qeyri-adekvatlıq hissləri yaşaya bilər.


4) Cinsiyyətçi yanaşma: Valideynlərinin cinsiyyətçi yanaşması səbəbindən qadınlar bu hissi daha çox yaşayırlar.


5) Ailədaxili travmatik hadisələr.


Qeyri-adekvatlıq hissləriniz olduğunu göstərən əlamətlər hansılardır?

Özünü qeyri-kafi hiss edən insanlar, özündən daha üstün xüsusiyyətlərə malik insanların yanında özlərini narahat hiss edir, onlarla əlaqə qurarkən narahat olur və ya onlarla əlaqə qurmaqdan çəkinirlər. Ona görə də, bu inanc insanın başqa insanlarla münasibət qurmasına mane ola bilər. Qeyri-adekvatlıq hissi olan insanlarda mövcud olan göstəriciləri aşağıdakı kimi sıralamaq olar:

  • Etibarsızlıq və aşağı özünə hörmət
  • Etmək istədiyiniz işdən çox asanlıqla imtina edirsiniz
  • Tənqidlərə dözə bilməmək
  • Əlaqələr qurarkən qaçınma davranışı
  • Rədd edilmə qorxusu
  • Narahatlıq və depressiya kimi psixoloji problemlər
  • Mükəmməlliyyətçi olmaq
  • Rəqabətdə və müqayisədə olmaq
  • Diqqəti cəlb etməyə çalışmaq
  • Daim başqalarında qüsur tapmaq və öz səhvlərini etiraf etməkdə çətinlik çəkmək

Qeyri-adekvatlıq hisslərinin nəticələri necə yarana bilər?

Depressiya və narahatlıq kimi anksiyete ilə əlaqəli psixoloji problemlərin əsas səbəblərindən biri qeyri-adekvatlıq hissidir. İnsanın həyatının bir çox sahəsindən narazılığı onu daha da depressiyaya sala və narahat edə bilər. Bundan əlavə, insanın daimi olaraq qeyri-adekvatlıq hissi özünə inamın aşağı olması və bununla bağlı psixoloji pozğunluqlarla hərəkət etməyə yol açır.

Qeyri-adekvatlıq hissi ilə necə mübarizə aparmaq olar?

Hər şeydən əvvəl bu vəziyyəti qəbul edib həyata keçirmək atılacaq ilk addımdır. Özünüzü mühakimə etmədən səhv etmək azadlığınız olduğunu xatırlamağa çalışın. Səhvlərinizdən öyrənmək üçün aktiv səy göstərə bilərsiniz, lakin səhvlərinizin gündəlik fəaliyyətinizə aktiv təsir göstərməsinə imkan verməyin. Uğurlarınızı qeyd edin və uğurlarınız haqqında ağlınıza mənfi bir fikir gələrsə, düşüncələrinizin reallığını şübhə altına alın. Nəfəs alma məşqlərindən kömək alın. Nailiyyətləriniz haqqında ətrafınızdakı insanların fikirlərini əhəmiyyət sırasına görə aşağı salmağa çalışın. Bütün bu gündəlik məşqlərə əlavə olaraq, bu qeyri-adekvatlıq inamı funksionallığınıza təsir edəcək bir nöqtəyə çatdısa, bu mövzuda bir mütəxəssisdən dəstək almaqdan çəkinməyin.

Mənbə: Yankipsikoloji.com

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et