Bu gün:

Niyə hıçqırıq?


Heç kimin bilmədiyi hıçqırıqın arxasındakı səbəbi eşitdikdə təəccüblənəcəksiniz.

Hər insanın zaman-zaman başına gələn hıçqırıq refleksi çox geç keçir. Təbii ki, bu vəziyyət bəzən zəhlətökən ola bilir. Bəs niyə hıçqırdığımızı heç düşünmüsünüz? Asqırma və əsnəmə kimi reflekslər insanlara normal görünsə də, hıçqırıqlar baş verəndə "Bu haradan gəldi?", deyə düşünə bilərsiniz.

Bədənimizdə sinə və qarın nahiyəsini bir-birindən ayıran diafraqma əzələsi birdən büzüldükdə hıçqırıq yaranır. Biz bunu qeyri-ixtiyari edirik. Səs tellərimiz qəflətən bağlanır və diafraqma sinxron şəkildə döyünür. Tibbdə hıçqırıq sinqultus adlanır.

Hıçqırıq refleksi bir anda baş verir. Və tutma şəklində davam edir. Əsasən ritmik şəkildə olur. Hıçqırıqlar arasındakı fasilələr eyni, yəni sabitdir. Bu refleks bütün yaş qruplarına və hər insana təsir edir.

Hıçqırmağa başladığınız anda “hık!” deyə bir səs eşidilir. Diafraqma qeyri-ixtiyari büzüldükdən sonra hava sürətlə ağciyərlərə daxil olur. Bu, epiglottis qapağının səs tellərinin yerləşdiyi bölgəni əhatə etməsinə səbəb olur. Bu  hadisə hıçqırıq səsi yaradır.

Mənbə: onedio com
Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et