Bu gün:

Klinik ölüm və ya beyin ölümü anlayışı nədir?




Orqan donorluğunda önəmli əhəmiyyət kəsb edən beyin ölümü tibbi ölüm sayılır. Beyin ölümü olan xəstənin həyata qayıtma şansı yoxdur. Vegetativ vəziyyət və ya koma ilə qarışdırılan beyin ölümü zamanı beyin sapı adlanan xüsusi bölgənin funksiyaları geri dönməz şəkildə məhv olur.

Beyin ölümü halında, tənəffüs və inkişaf etmiş həyat dəstəyi olduqda ürək, böyrəklər, ağciyərlər və qaraciyər məhdud bir müddət işləməyə davam edir. Ancaq bu dəstək dayandırılırsa, bir müddət sonra bütün orqan funksiyaları itirilir. Buna görə də beyin ölümünün tanınması və müəyyən edilməsi çox vacib bir prosesdir. Bu prosesi düzgün idarə etmək üçün beyin ölümünün dəqiq, tam və vaxtında diaqnoz qoyulması böyük əhəmiyyət kəsb edir. Bu məqamda diqqət yetirilməsi lazım olan vacib məqam odur ki, beyin ölümü ilə bağlı qərar vermək bütün təhsilini və həyatını insan sağlamlığına həsr etmiş həkimlərin ən çətin işlərindən biridir.

Beyin ölümü və vegetativ koma eyni şeyi ifadə edirmi?

Beyin ölümü, vegetativ vəziyyət və ya koma tərifləri ilə eyni məna daşımır. Beyin sapının funksiyaları vegetativ və koma vəziyyətlərində davam edir. Xəstənin nəfəs alma və digər orqan funksiyaları hələ də beynin nəzarətindədir. Ancaq beyin ölümündə beyin artıq işləmir. Beyin ölümü tibbi ölümdür və elan edildikdən sonra geri dönüşü yoxdur. “Əgər o ölübsə, niyə ürəyi hələ də döyünür?”, sualı ilə tez-tez qarşılaşa bilərik. Beyin işləməsə belə, tənəffüs və həyat dəstəyi təmin edildiyi müddətcə ürək məhdud bir müddət ərzində döyünməyə davam edir. Ancaq beyin ölümü prosesi geri dönməz olduğundan, bir müddət sonra ürək dayanacaq və bütün digər orqanlar öz funksiyalarını itirəcək.

Beyin ölümü hansı hallarda baş verə bilər?

Beyin ölümü, travma və bəzi xəstəliklər səbəbiylə həyatın sona çatma müddətindəki ən son dövrdür. Dünya üzrə yetkinlərdə beyin ölümünün səbəblərinə nəzərə salsaq,  müxtəlif travmatik beyin xəsarətləri (yol qəzaları, hündürlükdən düşmə, güllə yaraları), beyin membranları arasında və ya beyin toxumasında qanaxmalar birinci yerdədir. Daha az beynin sürətli və zəif davam edən iltihabı (bakterial menenjit) və qəfil ürək tutmasından sonra beyində oksigen çatışmazlığı beyin ölümünün digər səbəbləridir. Digər tərəfdən, uşaqlarda yol qəzaları, tənəffüs yollarının tıxanması (xarici cisim, zərbə və s.) nəticəsində tənəffüs problemləri yarana bilər. Və digərinə nəzər salsaq, zorakılığa məruz qalma (Qərb ölkələrində) ilk növbədə müşahidə olunur.

Mənbə: medipol com
Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et