Bu gün:

Dünyada əsas ölüm səbəbləri hansılardır?


nyada orta ömür uzunluğu artıb. Dünya üzrə orta ömür uzunluğu 1950-ci ildəki 46 yaşdan 2015-ci ildə 71-ə yüksəlib. Bəzi ölkələr asan irəliləyiş əldə etməyiblər.  Xəstəliklər, epidemiyalar və gözlənilməz hadisələr insan həyatının gözləniləndən tez bitməsinə səbəb olmuşdur.

 Ola bilsin ki, biz ən çox “terror hücumları”, müharibə və təbii fəlakətlərdən qorxurduq, lakin bunların nəticəsində ölənlərin nisbəti cəmi 0,5 faizdir. Bununla belə, dünyada bir çox insan hələ də qarşısı alına bilən xəstəliklər səbəbindən vaxtından əvvəl ölür.

Ölüm səbəbləri

2017-ci ildədünyada ümumilikdə 56 milyon insan dünyasını dəyişib. Bu rəqəm 1990-cı ildəkindən 10 milyon çoxdur. Dünya əhalisi artdığı üçün insanlar da orta hesabla daha uzun yaşayırlar. Ölümlərin 70 faizindən çoxu qeyri-infeksion və yavaş irəliləyən xroniki xəstəliklər nəticəsində baş verir.

Ürək-damar xəstəlikləri ən böyük ölüm səbəbi olaraq görülür. Ümumi ölümlərin üçdə biri, 32,3 faizi bu səbəbdəndir.

İkinci yerdə xərçəng gəlir. Xərçəngdən ölümlər ümumi sayının altıda birini, 16,3 faizini təşkil edir. Şəkərli diabet, tənəffüs yolu xəstəlikləri və demans digər qeyri-infeksion xəstəliklər nəticəsində ölümə səbəb olan səbəblər sırasındadır.

Qarşısı alına bilən xəstəliklər

Ən təəccüblü məlumatlardan biri odur ki, hələ də qarşısı alına bilən xəstəliklərdən bu qədər insan ölür. 2017-ci ildə 1,6 milyon insan ishala səbəb olan xəstəliklərdən dünyasını dəyişib. İshal hələ də ölümün ilk 10 səbəbi arasındadır. Bəzi ölkələrdə bu, birinci yerdədir. Həmin il neonatal (doğuşdan sonrakı ilk dörd həftə) ölümlərinin sayı 1,8 milyon olub. Bu ölümlər ölkədən ölkəyə çox dəyişir. Məsələn, Yaponiyada neonatal ölümlər 1000-də 1-dən az olduğu halda, bəzi yoxsul ölkələrdə bu nisbət 20-də 1-ə qədər ola bilər.

Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı həm ən zəngin, həm də ən kasıb ölkələrdə yüksəkdir. 2017-ci ildə 1,2 milyon insan bu səbəbdən dünyasını dəyişib. Son illərdə yüksək gəlirli ölkələrdə yol-nəqliyyat hadisələri nəticəsində ölüm halları nəzərəçarpacaq dərəcədə azalsa da, dünya ümumisi baxımından demək olar ki, eyni səviyyədə qalıb.

Dünyada intihar nəticəsində ölənlərin sayı qətl qurbanlarının sayından iki dəfə çox olduğu halda, İngiltərədə bu nisbət 16 dəfə çoxdur və 20-40 yaş arası kişilər arasında ölüm nisbətinə görə birinci yerdədir.

Ölümün səbəbləri nə deyir?

Ölüm səbəbləri zamanla və ölkənin inkişaf səviyyəsinə uyğun olaraq dəyişir. Əvvəllər infeksion xəstəliklərdən ölüm halları birinci yerdə idi. 1990-cı illərdə bunun səbəb olduğu ölüm nisbəti 3-də 1 olduğu halda, 2017-ci ildə bu nisbət 5-də 1-ə düşüb.

Uşaqlar yoluxucu xəstəliklərə ən həssasdırlar.  19-cu əsrdə hər üç uşaqdan biri 5 yaşına çatmamış yoluxucu xəstəliklərdən ölürdü. Peyvənd, gigiyena, qidalanma, səhiyyə və təmiz suya çıxışın təkmilləşdirilməsi sayəsində uşaq ölümləri əhəmiyyətli dərəcədə azalıb. Bu gün inkişaf etmiş ölkələrdə uşaq ölümləri nadir olduğu halda, XX əsrin birinci yarısında yoxsul ölkələrdə əhəmiyyətli inkişaflar baş vermişdir. Bu, müasir səhiyyənin böyük uğur hekayələrindən biridir.

Son illərdə uşaq ölümlərinin ümumi göstəricisi azaldığı halda, yaşlı əhali arasında qeyri-infeksion xəstəliklərdən ölüm halları artmışdır. Gözlənilən ömür uzunluğu artdıqca, bir çox ölkələrdə yaşlıların uzun müddətli xəstəlikləri ailələrin və səhiyyə xidmətlərinin üzərinə böyük yük qoyub.

Bu dövrdə bəzi gözlənilməz hadisələr də hadisələrin gedişatını pozmuşdur. 1980-ci illərdə HİV/AİDS epidemiyası da onlardan biri idi.

Epidemiya dünyanın bir çox yerlərində müşahidə olunsa da, ən çox Sahara-altı Afrikada gözlənilən ömür uzunluğuna təsir etdi. Regionda gözlənilən ömür uzunluğunda sürətlə azalma müşahidə olunur.

Təhsil və müalicə üsullarının təkmilləşdirilməsi sayəsində son on ildə QİÇS-dən ölüm hallarının sayı iki dəfə azalaraq 2 milyondan 1 milyona enib. Bu ölkələrdə gözlənilən ömür uzunluğu artmağa başlasa da, pandemiyadan əvvəlki səviyyəyə təzəcə qayıdıb.

Son illərdə ABŞ-də narkotiklər səbəbindən gözlənilən ömür uzunluğunda bir qədər azalma müşahidə olunur.

Yenicə doğulmuş qadınların ömür uzunluğu durmadan artmayıb. Doğuş zamanı və ya doğuşdan sonra ölüm riskinin əvvəlki nəsillə müqayisədə daha yüksək olduğu ölkələrin sayı 10-dur. Onların arasında ABŞ da var.

Uzun bir yol var

Bu gün vəziyyət, ümumiyyətlə, daha yaxşıdır. Biz daha uzun yaşayırıq və qarşısı alına bilən xəstəliklərdən, xüsusən də uşaqlardan ölənlərin sayı xeyli azalıb. Bununla belə, hələ çox uzun bir yol var.

İnfrastruktur, gigiyena, qidalanma, peyvənd və əsas səhiyyə xidmətlərində təkmilləşdirmələrə ehtiyac var. Daha çox təhlükəsizlik tədbirləri, eləcə də daha yaxşı psixi sağlamlıq xidmətləri lazımdır. Bu inkişafları davam etdirmək üçün insanların ölüm səbəblərini anlamaq vacibdir.

Mənbə : BBC News

Tərcümə etdi: Aysel Aslanova

Paylaş
Şərh əlavə et