Bu gün:

Bitkilərin psixologiyamıza təsiri


Yaşıllığa qarşı marağımızın və təbiətlə təmasda olduğumuz zaman sülhün dərinliklərinə qərq olmağımızın səbəbini heç düşünmüsünüzmü? Yaşıl və onun çalarları niyə bizi bu qədər rahatlaşdırır və sakitləşdirir? Əslində cavab çox sadədir, amma bu xaotik nizamın genlərimizdə qoyduqları qədər mürəkkəbdir.

İlkin insanlar üçün təbiət təhlükəli, naməlum sonsuz dərinlik idi. Bu, ilk qorxuların əsası idi, lakin yaşamaq üçün yeganə sığınacaq idi. Bu naməlum, fərqləndirici zəhərli bitkilərdə sağ qalmaq uğrunda mübarizə, vəhşi heyvanlardan qorunmaq kimi zəruri mübarizələr ilk insanın öz sığınacağını təbiətin əsrarəngiz və qarşısıalınmaz qüdrətinə ibadət rəmzinə çevirməsinə səbəb olmuşdur. Bizim əcdadlarımız bu ərazilərdə yaşayıblar və onların mübarizəsi növlərimizi bu konkret dünya dövrünə davam etdirməkdə danılmaz əhəmiyyət kəsb edir. İlk evimiz, bizi biz edənin əsl təməli, qorxularımızın, döyüşçü ruhumuzun ilk evi təbiətdir. Deyə bilərik ki, yaşıllığı və təbiəti buna görə sevirik, genlərimizə həkk olunub və o nostaljini yaşayırıq.

Bir araşdırmaya görə, bitkilər olan otaqlar xeyirxahlıq, xoşbəxtlik, sevinc, rahatlıq və əmin-amanlıq kimi müsbət emosiyaların qəbuluna səbəb olur. Bundan əlavə, qapalı məkanlardakı bitkilərin insanların akademik performansına müsbət töhfə verdiyi müşahidə edilmişdir.

Vitileo tərəfindən edilən bir başqa araşdırmada, qapalı bitkilərin otaqdakı insanların stress səviyyəsini azaltdığını, işçiləri motivasiya etdiyini, konsentrasiyanı artırdığını və havanı daha təmiz bir hala gətirdiyini müəyyən etdi.

Mənbə: Gönüllü Psixolog

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et